
Universitetdə Almaniya, Azərbaycan və Qazaxıstan arasında təhsil əməkdaşlığı, multikultural dəyərlər, mədəni əlaqələr sahəsində geniş fikir mübadiləsi aparılıb, vörkşoplar keçirilib.
Həmçinin Bakı-Nürnberq Təhsil və Mədəniyyət Mərkəzinin təsisçisi, FAU Universitetinin əməkdaşı texnika elmləri doktoru Yaşar Musayevlə layihə üzvləri arasında görüş keçirilib. Sonra layihənin hər üç ölkədən olan nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub. FAU Universitetinin professorları Anatoli Raxkoçkin və Madlen Flötottonun vörkşopları keçirilib. Nümayəndə heyəti Gənclər Mərkəzində keçirilən görüşdə Azərbaycan kulinariyasının nümunələrini təqdim edib. Görüşdə may ayında layihənin son tədbirinin ADPU-da keçirilməsi planlaşdırılıb.
Tehsil-press.az