UFAZ-da “Technip Energies” şirkətinin “Master Texnologiya Transfer” proqramı başa çatıb

UFAZ-da “Technip Energies” şirkətinin “Master Texnologiya Transfer” proqramı başa çatıb “Technip Energies” şirkətinin təşkilatçılığı ilə keçirilən 7 həftəlik “Master Texnologiya Transfer” proqramına yekun vurulub. Azərbaycan-Fransız Universitetində (UFAZ) proqram çərçivəsində təşkil olunan təlimlərdə UFAZ-la yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri də iştirak ediblər.
Proqramı uğurla başa vuran 37 tələbə arasında 14 nəfər UFAZ təmsilçisi olub. Kurs müddətində tələbələrə “Technip Energies” şirkətindən olan peşəkar təlimçilər tərəfindən davamlı yanacaqlar, kimyəvi maddələr və dairəvilik, qaz və aşağı karbon enerjiləri, rəqəmsal transformasiya və s. mövzularda təlimlər keçirilib.
Şirkət tərəfindən təqdimat sessiyasının qalibi seçilən komandanın 6 üzvündən 3 nəfəri UFAZ-ın kimya mühəndisliyi üzrə 4-cü kurs tələbələri (Arzu Səlimli, Elvin Rzayev və Zeynəb Şirinli) olub. İyun ayında planlaşdırılan müsahibə mərhələsini uğurla başa vuran 15 tələbə Avropanın müxtəlif şəhərlərində “Technip Energies” şirkətində təcrübə proqramlarına cəlb olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər