ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb. Bu barədə o, mətbuat konfransında məlumat verib. O deyib ki, ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Qeyd edək ki, Sinan Oğan seçkilərin ilk turunda 5%-dən çox səs toplayıb.