BDU əməkdaşları “ERASMUS K171” layihəsi çərçivəsində Türkiyəyə səfər ediblər

BDU əməkdaşları “ERASMUS K171” layihəsi çərçivəsində Türkiyəyə səfər ediblər Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “ERASMUS K171” layihəsi çərçivəsində Türkiyənin Adana şəhərində Alparslan Türkeş Elm və Texnologiya və Çukurova universitetlərində olublar.
Alparslan Türkeş Elm və Texnologiya Universitetində “Erasmus həftəsi” çərçivəsində tədbirə qatılan digər ölkələrin nümayəndələri üçün BDU-nun fəaliyyətini əks etdirən videomaterial nümayiş etdirilib.
Alparslan Türkeş Elm və Texnologiya Universitetinin prorektoru Hasan Kurtaran və universitetinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə BDU ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.
“Erasmus həftəsi” çərçivəsində digər ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri öz fəaliyyətləri, o cümlədən BDU ilə birgə fəaliyyət istiqamətləri, universitetlər arasında təbiət və humanitar elm sahələri üzrə beynəlxalq əməkdaşlıq, ortaq layihələrin işlənməsi üçün platformaların yaradılması imkanları barədə məlumat veriblər.
Səfər çərçivəsində Çukurova Universitetində keçirilən görüşdə universitetlər arasında əməkdaşlıq məsələləri, ikili diplom proqramları, “Erasmus” tələbə-müəllim mübadiləsi, əcnəbi tələbə qəbulu istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, Çukurova Texnoparkı əməkdaşları ilə müasir texnologiyalar və onların tətbiq imkanları müzakirə olunub. Teknoparkın rezidentləri olan bir sıra cari layihələr əyani olaraq BDU əməkdaşlarına nümayiş etdirilib. Əməkdaşlar Çukurova Universitetinin Mərkəzi tədqiqat laboratoriyasının elmi-texniki bazasında da olublar. Bu tipli mərkəzlərin sənaye yönümlü layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az





Oxşar xəbərlər