UNEC-də karyera saatı təşkil edilib

UNEC-də karyera saatı təşkil edilib Azərbaycan bazarında 15 ildən artıq uğurla fəaliyyət göstərən və hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınan “Baker Tilly Azərbaycan” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün karyera saatı təşkil edib.
Tədbirdə çıxış edən Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev şirkətin təşəbbüsünü yüksək qiymətləndirib, bu cür karyera saatlarının maliyyə və mühasibat ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında rolundan bəhs edib.
Tədbirdə PR və marketinq direktoru Günel Abbasova “Baker Tilly baxışı”, HR meneceri Səbinə Qasımova “HR-a giriş”, audit senior Vaqif Nuriyev “Audit məsələləri”, “Baker” Akademiyasının direktoru Mətanət Bəkirova “Baker Tilly Akademiyası” və vergi məsələləri üzrə menecer Pərvin Abbasov “Vergi məsələləri” mövzusunda ətraflı təqdimatla çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər