“Bu il tərəfdaşlarımızdan 28 milyard dollar maliyyə dəstəyi aldıq”

“Bu il tərəfdaşlarımızdan 28 milyard dollar maliyyə dəstəyi aldıq” Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynanın bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi aldığını açıqlayıb.
Şmıqal bu haqda hökumətin iclasındakı çıxışında danışıb.
“Biz artıq bu il tərəfdaşlarımızdan 28 milyard dollar, Avropa İttifaqından 11 milyard dollar, ABŞ-dən isə 8 milyard dollardan çox maliyyə dəstəyi almışıq. Ukraynaya verilən hər bir dollar bizim davamlılığımıza, qələbəmizə, Avropada təhlükəsizliyimizə və sülhə qoyulan sərmayədir”, - deyə o qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər