ADPU-nun Quba filialı komandasının startap layihəsi üçüncü oldu

ADPU-nun Quba filialı komandasının startap layihəsi üçüncü oldu İsmayıllıda “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində startap ideyaları ilə fərqlənən komandaların layihələrinin sərgisi keçirilib. Sərgi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və “Yeni fikir” MMC-nin əməkdaşlığı ilə təşkil olunub. Bu mərhələyə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Quba filialı 6 komanda ilə qatılıb. Onlardan 3-ü finala yüksəlib və bir layihə qaliblər sırasında yer alıb.
Qalib olan “Ubay” startap layihəsinin rəhbəri filialın İKT şöbəsinin müdiri Yusif Abayev, proqram meneceri Aysel Şeydayeva, satış meneceri Hikmət Musayev, informasiya texnologiyaları mütəxəssisi Rafael Abayevdir.
Komanda ilk mərhələdə 28, finalda isə 12 komanda içərisindən III yerə çıxıb, sertifikat və qiymətli hədiyyələrlə təltif edilib.
Yarışda Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarından olan komandalar mübarizə aparıb.

Tehsil-press.az


Oxşar xəbərlər