AYB-nin katibi Elçin Hüseynbəylinin BDU tələbələrinə hekayə yazmaq texnikası ilə bağlı seminarı

AYB-nin katibi Elçin Hüseynbəylinin BDU tələbələrinə hekayə yazmaq texnikası ilə bağlı seminarı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının “Natiqlik” klubunun təşəbbüsü ilə Filologiya fakültəsinin tələbələri üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli tərəfindən “Hekayə nədir?” adlı seminar keçirilib.

O, hekayənin epik növün həcm etibarilə kiçik janrı olduğunu, oxucunun marağını cəlb etmək üçün üslubun, seçilən mövzunun, təsvirlərin ən xırda detalına qədər böyük əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, hekayə janrının sevilməsinin və oxucularda maraq yaratmasının əsas səbəbi onun kiçik həcminə baxmayaraq, böyük məna ifadə etmək bacarığının olmasıdır. Sonra yazıçı-dramaturq tələbələrə təhkiyənin dramaturji strukturunun qurulması texnikasını izah edib, öz hekayələri haqqında məlumat verib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər