
Səfərin məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin müzakirəsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində dünya universitetlərinin təcrübəsinin öyrənilməsidir.
Sammitdə BDU-nun stenddə təmsil olunması, eləcə də “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” (“Advancing research collaboration and internationalization in Azerbaijan: Baku State University’s strategy”) başlıqlı sessiyanın təşkili planlaşdırılır (https://www.timeshighered-events.com/world-academic-summit-2024/home).
Tehsil-press.az