Bakıya yağan müəmmalı yağış— AÇIQLAMA
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ərazilərinə güclü yağış yağıb. Xüsusən paytaxtın Nərimanov, Sabunçu rayonlarında leysan müşahidə olunub. Lakin Yasamal, Binəqədi, o cümlədən, Xırdalandan olan izləyicilərimiz yaşadıqları ərazilərdə yağışsız və günəşli havanın müşahidə olunduğunu bildiriblər.
Paytaxtda eyni vaxtda müşahidə olunan təzadlı hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.
Qurumun Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.
Onun sözlərinə görə, payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır: “Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub”. /Oxu24.com/
Tehsil-press.az
- Baxış: 408
Xəbərin tarixi: 29.10.2024 / 10:28
-
Oxşar xəbərlər
Hava yenidən dəyişəcək - Yağış yağacaq, şimşək çaxacaq
Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, 22 iyun...- RƏSMİ
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - Faktiki hava
Hava şəraiti kəskin dəyişəcək
Sabahın havası açıqlandı
Yağış nə vaxt kəsəcək?
Bakıda qeyri-sabit hava müşahidə olunur: Külək, yağış...
XƏBƏRDARLIQ! Leysan yağacaq, dolu düşəcək
Qeyr-sabit hava sentyabrın 28-dək davam edəcək
Ölkə ərazisində faktiki hava açıqlandı, bəs hava necə olacaq?
Sabahın hava proqnozu
Sabah güclü külək əsəcək, yağış yağacaq
Xəbərdarlıq - Bakıda güclü külək, yağış, rayonlarda leysan, dolu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
Azərbaycana qar yağıb