
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Betimar” Araşdırmalar Mərkəzinin “Özgür Özəl CHP-nin prezidentliyə namizədi olsaydı, səs verərdinizmi” sualına CHP üzvləri arasında “Bəli” deyənlərin nisbəti 37,5 faiz, “Xeyr” deyənlərin nisbəti isə 56,3 faiz olub. Amma müxalifətin prezidentliyə namizədinin kim olacağı sualına cavablarda birinci yerdə Əkrəm İmamoğlu gəlir.
“Əkrəm İmamoğlu namizəd olsa, səs verəcəm” deyənlərin nisbəti 45,5 faizdir, Ankara bələdiyyəsinin sədri Mansur Yavaş bu baxımdan 25,3 faizlə üçüncüdür.
“Betimar” müxtəlif siyasi seqmentləri təmsil edən respondentlərə “Əkrəm İmamoğlu namizəd ola bilməsə, CHP-nin namizədi olaraq kimə səs verərdiniz” sualını da ünvanlayıb. Mansur Yavaşın adını çəkənlərin nisbəti 46,2 faiz olduğu halda, “Özgür Özəl” deyənlərin nisbəti 14,2 faizdir.
Məlumatda deyilir ki, ümumi sorğularda Prezident Rəcəb Tayyib Ərdoğan səslərini 35,2 faiz artıraraq birinciliyini qoruduğu halda, Mansur Yavaş 32,4 faizlə ikinci pilləyə yüksəlib. Özgür Özəlin 15,1 faizlə üçüncü olduğu yarışda DEM Partiyasının namizədinə dəstək 8,3 faizdir.
DEM Partiyası da prezidentliyə namizəd irəli sürərsə, dördtərəfli yarış baş tutacaq. Qeyd olunur ki, belə bir mübarizədə Favorit Prezident Ərdoğandır.
Prezident Ərdoğan 34,7 faizlə birinci, Əkrəm İmamoğlu isə 26,3 faizlə ikinci yerdədir. Mansur Yavaş 23 faizlə üçüncüdürsə, DEM Partiyasının prezidentliyə namizədi 7,7 faiz dəstək alır.
Tehsil-press.az