
Bu sözləri erməni deputat Hayk Mamicanyan ölkəsinin baş naziri Nikol Paşinyanın çıxışına münasibət bildirərkən deyib.
O deyib ki, Paşinyan Azərbaycanı təəccübləndirə bilmir. “Təklif edirəm ki, Göycə gölünü Azərbaycana təklif etsin. Əminəm ki, onun bu hərəkətinə Azərbaycan bir xeyli təəccüblənəcək”.
Mamicanyan onu da qeyd edib ki, Ermənistanın Müdafiə Nazirliyi son günlər özünü daha çox Azərbaycanın müdafiəçisi kimi aparır. “Sərhəddə son günlər atışma səsləri eşidilir. Yerli sakinlər deyirlər ki, onlara güllə atırlar. Amma Ermənistanın Müdafiə Nazirliyi sanki Azərbaycanın vəkili kimi çıxış edir. Nazirlik atəşkəsin pozulması ilə bağlı məsələlərdə Azərbaycana haqq qazandırır və belə bir şey olmadığını deyir”.
Tehsil-press.az