UNEC-in tələbələri “Gənc innovasiya menecerləri” layihəsində iştirak hüququ qazanıblar

UNEC-in tələbələri “Gənc innovasiya menecerləri” layihəsində iştirak hüququ qazanıblar Gənclər Fondunun “İdeyanı reallaşdır” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Gənc innovasiya menecerləri" layihəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri də yer alıblar.
3 ayı əhatə edəcək layihədə iştirak üçün ali təhsil müəssisələrindən qatılan 120 tələbədən 30-u seçilərək iştirak hüququ qazanıb. Layihədə UNEC-in 10 tələbəsi iştirak edəcək.
Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər