"Satqının milləti, bölgəsi yoxdur, bu cür faktlar isə hər bir bölgədə olub".
Bu sözləri sosial şəbəkədə VMH partiyasından Marneuli bələdiyyə məclisindəki üzvü Nərgiz Əliyeva yazıb.
"Əziz dostlar, seçki prosesində Gürcüstanın hər bölgəsində baş verən saxtakarlığl hamımız bilirik. Bizim gördüyümüz faizlər uydurulmuş və saxtalaşmış rəqəmlərdən ibarətdir. Bunu təsdiq edən bir çox faktlar və sübütlar mövcuddur. Əlbəttə, bəzi insanların pul müqabilində, hədə-qorxu, şantajla onlara səs vermə halları da danılmazdır. Lakin, buradan bəyan etmək istəyirəm ki, bu saxta faizlər içində ən “yüksək” “nəticə” tək Kvemo Kartli deyil. Xahiş edirəm, xalqımızı tənqid edərkən bu siyahıda Qazbeki (71,8%), Aspinza (71,3%), Axalkalaki (88,9%), Ninotsminda (89,7%), Lentexi (74,5%), Saçxere (84,3%) olan bölgələrə də nəzər yetirin, bu bölgələrdə azərbaycanlılar demək olarkı yaşamır.
Yani ilk öncə bizim hər birimiz bilirik ki, bu rəqəmlər uydurulmuş rəqəmlərdir, ikincisi satqının milləti, bölgəsi yoxdur, bu cür faktlar isə hər bir bölgədə olub.
Azərbaycan xalqını təhqir etməyə isə heç kəsin ixtiyarı yoxdur! Bizim bölgədə muxalifətə yetərli qədər səs verən vətəndaşlar oldu, illərdir muxalifət cəbhəsində və müxtəlif platformalarda hakimiyyətin apardığı çirkıi siyasətinə qarşı çıxanlar, meydanlarda, aksiyalarda haqq səsini ucaldanlar var.
Hər bölgənin, hər xalqın yaxşısı da var, üz qarası da var!
Bu mübarizə isə Gürcüstanın mübarizəsidir, biz birlikdə mütləq qalib gələcəyik! Biz azərbaycanlılar hər vaxt bu ölkənin inkişafı üçün əlimizdən gələni etmişik edəcəyik də!",- deyə Nərgiz Əliyeva yazıb.
Tehsil-press.az