
Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, Fuad Ağayev 13 il, Fuad Axundov və Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov və Qurban Cümşüdov isə 4 il müddətinə azadlıq məhrum edilib. Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Bu hökmdə həmin cəzalar birləşdirilib.
Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.
Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib.
Tehsil-press.az