Türk xalqlarının “ümumi dədəsi” Dədə Qorqud xəyali personajdır, yoxsa o həqiqətən yaşayıb? Yaşayıbsa harada yaşayıb? Çünki türk xalqlarının hər biri onu özününkü hesab edir, öz dövlətlərinin sərhədləri daxilində yaşamış olduğunu düşünür.
Türkiyəli tarixçi alim, professor Ahmet Taşağıl Dədə Qorqudun ədəbi personaj olmadığını, həqiqətən yaşadığını söyləyərək, onun indiki Qazaxıstan ərazisində ömür sürdüyünü bildirib.
“Oğuz boylarından çıxmış Dədə Qorqud Qazaxıstanda Sır Dərya deyilən vilayətdə Karadağlar bölgəsində yaşayıb. Məzarı Qızıl Ordada yerləşir. Amma Oğuz boylarından çıxdığı üçün Azərbaycan türkləri “Dədə Qorqud” dastanını daha çox qoruyublar. Dastan Azərbaycan türklərindən Anadoluya yayılıb”- deyə o bildirib.
Tehsil-press.az