“Taylor & Francis Group” müxtəlif fənlər üzrə akademik təhsilin və peşəkar inkişafın bütün səviyyələri üçün kitablar nəşr edir. “Taylor & Francis eBooks” elm, texnologiya, mühəndislik, tibb, humanitar və sosial elmləri əhatə edən vahid platformadır.
“Taylor & Francis” beynəlxalq nəşriyyatın elektron resurslarından yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (AzKİK) üzv olan 12 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.
Platformaya https://www.taylorfrancis.com/search?sortBy=relevance&key=&isLicensed=true linki vasitəsilə və ya Elmi Kitabxananın https://elibrary.bsu.edu.az səhifəsində “Tammətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.
Tehsil-press.az