
Hazırda ABŞ-ın dövlət borcu 34 trilyon dollardır.
Konqresin Büdcə Ofisi isə borcun növbəti onillikdə 50 trilyon dollara qədər çata biləcəyini təxmin edir.
Belə olduğu halda borcu sıfırlamağa çalışmaq iddiası maraqla qarşılanıb və bu məqsədlə də Türkiyə mətbuatı ABŞ-ın borclu olduğu ölkələrin siyahısını hazırlayıb.
ABŞ-ın ən çox borcu olduğu ölkələrin siyahısını təqdim edirik:
1. Yaponiya: 1 trilyon dollar
2. Çin: 759 milyard dollar
3. İngiltərə: 723 milyard dollar
4. Lüksemburq: 424 milyard dollar
5. Kayman adaları (Britaniyanın xarici ərazisi): 419 milyard dollar (Əslində Kayman adalarına borc bu adada qeydiyyatdan keçən xarici ölkə şirkətlərinə olan borcdur – red.)
6. Kanada - 379 milyard dollar
7. Belçika - 375 milyard dollar
8. İrlandıya - 336 milyard dollar
9. Fransa - 382 milyard dollar
10. İsveçrə - 289 milyard dollar
11. Tayvan - 282 milyard dollar
12. Honkonq (Çinin xüsusi inzibati bölgəsi) - 255 milyard dollar
13. Sinqapur - 249 milyard dollar
14. Hindistan - 219 milyard dollar
15. Braziliya - 202 milyard dollar
16. Norveç - 158 milyard dollar
17. Səudiyyə Ərəbistanı - 138 milyard dollar
18. Cənubi Koreya - 125 milyard dollar
19. Meksika - 103 milyard dollar
20. Almaniya - 97 milyard dollar.
Tehsil-press.az