Qalmaqallı sazişdən sonra Qazaxıstandan Kiprlə bağlı daha bir qərar

Qalmaqallı sazişdən sonra Qazaxıstandan Kiprlə bağlı daha bir qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cənubi Kiprlə (adanın yunan tərəfi) ilə imzalanmış “Məhkumların ekstradisiyası haqqında” sazişi rəsmən təsdiqləyib.

Saziş ötən ilin martında Astanada imzalanıb.

Qazaxıstan Senatı aprelin 10-da sazişi təsdiqləmişdi. Beləliklə, iki ölkə arasında imzalanmış sənəd qüvvəyə minib.

Razılaşmaya əsasən, hər iki ölkə məhkum olunmuş vətəndaşlarını qarşılıqlı surətdə təhvil verə biləcək. Bu şəxslər cəzalarının qalan hissəsini öz ölkələrində çəkə biləcəklər.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Türkmənistan və Özbəkistanla Avropa İttifaqı arasında imzalanmış 12 milyard avroluq müqavilədən sonra bu ölkələr Cənubi Kipri “adada yeganə qanuni dövlət” kimi tanıyıblar. Türkiyənin “işğalçı dövlət” kimi tanındığı qalmaqallı anlaşma Şimali Kipr Cümhuriyyətinin beynəlxalq səviyyədə tanıdılması səylərinə zərbə kimi də şərh edilib.

Tehsil-press.az

Oxşar xəbərlər