Azərbaycan həmin binanın yerində məktəb tikdi

Azərbaycan həmin binanın yerində məktəb tikdi Türkiyədə 2023-cü ilin fevralında baş verən güclü zəlzələ zamanı Kahramanmaraşda dağılan məktəbin yerində Heydər Əliyev adına məktəb inşa edilib.

Bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, sözügedən Sezai Karakoç məktəbi “Toplu Konut İdaresi Başkanlığı” (TOKİ) və Azərbaycan tərəfindən birgə inşa olunub.

Məktəbin direktoru Murat Demirci təhsil müəssisəsinin inşasının 16 aya tamamlandığını qeyd edib.

Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum isə “X” hesabında məktəbdən görüntülər paylaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər