“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib

“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib Mayın 17-də Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, «Microsoft Azərbaycan» və “Nar Mobile” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, «Microsoft Azərbaycan»ın baş direktoru Sərxan Həşimov, “Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili, Yüksək Texnologiyalar Parkının Direktoru Seymur Ağayev, ali məktəb rektorları və tələbələr iştirak ediblər.
Qeyd olunub ki, “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Müsabiqənin məqsədi Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq və onların əmək bazarının tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün şərait yaratmaqdır.
Müsabiqə çərçivəsində ali və ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbə və şagirdlərindən ibarət komandalar 3 kateqoriya (“İnnovasiya”, “Sosial layihələr” və “Oyunlar”) üzrə iştirak ediblər. “Sosial layihələr” nominasiyasında SABAH qruplarının tələbələrindən ibarət “TechSOS” komandası qalib gəlib. Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar. Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir. Həmin ahıl insana nəzarət edən şəxsin Smartfonuna yıxılma baş verdiyi halda bulud tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat daxil olur. Bu, məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir.
“İnnovasiya” nominasiyasında “JavaSet” komandası qalib gəlib. Komandanın üzvləri Nicat Cavadov və Yesset Jusupov sifəti müəyyənetmə funksiyası vasitəsilə emosiyaların identifikasiyası layihəsini təqdim ediblər. Bu məhsul müəllimlərə dərslərin daha effektiv və keyfiyyətli təşkilində yardım edəcək. Belə ki, auditoriyanın görüntüsünü çəkən bu məhsul məktəblilərin və ya tələbələrin sifətini, eləcə də emosiyalarını müəyyən edir. Məhsulun şagird və tələbələrin gərginlik və ya narazılığını müəyyən etməsi onların dərsi başa düşməməsindən xəbər verir. Belə olduğu halda, müəllim fənni təkrarən izah edə bilər.
“Oyunlar” nominasiyasında “ADA” Universitetinin “The Corp” komandası qalib gəlib. Tələbələr Ülviyyə Məmmədzadə, Toğrul Rəhimli, Ramazan Süleymanlı və Əli Babayev hazırladıqları görüntüsü olmayan səsli macəra oyununu təqdim ediblər. İnsan və tətbiq arasında aparılan dialoq vasitəsilə oyunun müxtəlif mərhələlərini keçmək mümkündür. Bu məhsul məkan təfəkkürü və məntiqin formalaşmasına yardım edir.
“Sosial layihələr”, “İnnovasiya” və “Oyunlar” nominasiyaları üzrə ən yaxşı olan 3 komanda müsabiqənin beynəlxalq yarımfinalında iştirak etmək imkanı qazanıb. Bu mərhələdə onlayn səsvermə təşkil olunacaq. Uğur qazanan komandalar Azərbaycanı 2016-cı ilin iyulunda müsabiqənin beynəlxalq finalında təmsil edəcək və əsas mükafat – 50 000 ABŞ dolları uğrunda mübarizə aparcaqlar.Sonra tədbir iştirakçıları qaliblərin qrup təqdimatlarını izləyiblər. Tədbirin sonunda “Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri mükafatlandırılıb.


“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib“Microsoft Imagine Cup 2016” müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib

Tehsil-press.az

Oxşar xəbərlər