
Olimpiadanın məqsədi Azərbaycan Respublikasında adıçəkilən elmlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.
Olimpiadada BDU ilə yanaşı, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universitetindən ümumilikdə Fizika fənni üzrə 75, Riyaziyyat fənni üzrə 54, Kimya fənni üzrə 72, Biologiya fənni üzrə 92, Coğrafiya fənni üzrə 50 tələbə iştirak edib.
İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub.
Olimpiadanın qalibləri yaxın günlərdə açıqlanacaq.
Tehsil-press.az