Laçın aeroportu fəaliyyətə başlayır - 3 ölkənin lideri İŞTİRAK EDƏCƏK

Laçın aeroportu fəaliyyətə başlayır - 3 ölkənin lideri İŞTİRAK EDƏCƏK Sabah Laçın Beynəlxalq Hava Limanının açılışı mərasimi baş tutacaq.

TRT kanalı açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyini bildirib.

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun qərarı ilə Hava Limanına beynəlxalq status verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.

Qeyd edək ki, Laçın Hava Limanının tikintisinə 2021-ci ildən başlanılıb. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündürdə yerləşən hava limanıdır.

Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşən hava limanı saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanında uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı var.

Qeyd edək ki, Ərdoğan Füzuli və Zəngilan hava limanlarının açılışında da iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər