Ailədə faciə: Qardaşlar faciəli şəkildə həlak oldular

Ailədə faciə: Qardaşlar faciəli şəkildə həlak oldular Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

Otən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər