
“THE University Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir. Reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2318 universitet daxil edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilk dəfə müvafiq reytinq qiymətləndirilməsində yer almasına baxmayaraq dünya üzrə 1001-1500 diapazonunda yer alaraq ölkə üzrə 6-cı, region universitetləri arasında isə 1-ci və Dayanıqlı İnkişaf Məqsədləri 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk sırada qərarlaşıb.
ADAU-nun Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə göstəriciləri aşağıdakı kimidir:
DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300,
DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600,
DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800,
DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800,
DİM 17 üzrə isə (məqsədlər üçün tərəfdaşlıq) 2389 müəssisə arasında 1001-1500 diapazonunda yer alıb.
Tehsil-press.az