ADU-da Qarabağ tarixinə həsr olunan tədbir keçirildi

ADU-da Qarabağ tarixinə həsr olunan tədbir keçirildi Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Qarabağ tarixinə həsr olunan tədbir keçirildi.
ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə çıxış edən Sosial elmlər kafedrasının dosenti Xanməmməd İbrahimov Azərbaycanın qədim tarixə malik dövlət olmasından danışdı. O, yeni Azərbaycanın ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət yürüdərək dünya miqyasında ermənilərin simasının iç üzünü açdığını, onların əzəli Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəklərinin qarşısını aldığını diqqətə çatdırdı. Məqsədimiz milli maraqlarımızı, vətənimizi müdafiə etməkdir deyən Xanməmməd İbrahimov xalqımızın İlham Əliyevi və onun yeritdiyi siyasəti daim dəstəklədiyini diqqətə çatdırdı. O, həmçinin gənc nəslin vətənpərvər ruhda yetişməsinin vacibliyini vurğuladı.
AMEA-nın tarix üzrə professorları Atamoğlan Məmmədli və Ramil Rüstəmov ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu qırğınlar törətməsindən, əsassız ərazi iddialarından, onların tarixi saxtalaşdırmaq cəhdlərindən, Qarabağ savaşları fonunda törətdikləri vəhşiliklərdən, real faktlara əsaslanan hadisələrdən danışdılar. İşğal olunmuş torpaqların təbii sərvətləri, zəngin təbiəti və coğrafi baxımdan strateji əhəmiyyətindən bəhs edən çıxışçılar Azərbaycan dövlətinin və onun güclü ordusunun torpaqlarımızın hər qarışını geri qaytaracağına əminliklərini ifadə etdilər.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamenti


ADU-da Qarabağ tarixinə həsr olunan tədbir keçirildi

Oxşar xəbərlər