BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 21-də “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək. Sərgidə ölkənin 12 nüfuzlu bankının iştirakı nəzərdə tutulur.

Sərginin keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı bankları ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.

Sərgidə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

Tarix: 21 oktyabr 2025

Saat: 10:00 – 13:00

Məkan: Bakı Dövlət Universiteti, əsas tədris binası, III mərtəbə

Sərgidə iştirak üçün qeydiyyat linki: https://forms.gle/jQgKQ7888BksMuGP6

Qeydiyyat üçün son tarix: 20.10.2025

Tehsil-press.az

Oxşar xəbərlər