Platonun belə bir fikri var: “Beyinlər var ki, daimi şər gəzdir, ancaq şər axtarır...” Lənət olsun belə beyin sahiblərinə ki, onlar bu əməlləri ilə təkcə özlərini yox, bütün mühiti, cəmiyyəti zəhərləyir, insanlara əziyyət verir, onların şirin yuxularına acı, təmiz havalarına zəhər qatırlar. Lənətlənmiş bu insanlardan danışanda da adamın əhvalı pozulur, qanı qaralır, sanki nə yeyibsə hamısı zəhərlənmiş olur. Ancaq neynəyəsən? Belələrindən söhbət salmamaq, danışmamaq da olmur, istəyirsən onları cəmiyyət də tanısın, cəmiyyət də onları lənətləsin...
Şər-böhtan deyəndə ilk öncə ağlımıza, göz önümüzə mənfur düşmənimiz, üzdəniraq qonşumuz ermənilər gəlir. Çünki şər, yalan, iftira, böhtan-bütün bu cür eybəcərliklər onlara mənsubdur. Axı erməni xisləti, sözü də elə belə yaranmayıb. Lakin çox təəssüf olsun ki, bizim içərimizdə də bu xislətə malik olan, beyini və qəlbi ancaq şər-böhtanla yovrulan adamlar var. Erməni başqalarına iftira, böhtan, şər atır, yalan danışır, hər kəsi inandırmağa, aldatmağa çalışır, şükürlər ki, bu yalanlar da uzaq gedə bilmir, yalanın ömrü olmur təbii ki...
Ancaq bizim sapı özümüzdən olan baltalar özümüzü didib-parçalamağa, məhv etməyə çalışır.
Nə qədər öz şəxsiyyətini, vicdanını itirəsən ki, yalan danışasan, kimisə aldadasan, kimisə ləkələməyə, yalandan ona şər-böhtan atasan... Kişi qiyafəsində olsan da, pis arvadlar kimi düşəsən qapı-qapı, oba-oba yalan-böhtan danışasan... Mən belə kişiciklərə o səviyyəyə enməyi heç vaxt özümə sığışdıra da bilmirəm, axı bizim də qürurumuz var, deyir milçək bir şey deyil, ancaq ürək bulandırır... yalan istər-istəməz adama toxunur... olmaz belə axı...
Oxucularımız üçün bir aydınlıq gətirim ki, “Təhsil-press.az” İnformasiya Agentliyi cəmi üz aya yaxındır fəaliyyət göstərir. Tam hüquqi bir agentlik olaraq dövlət qeydiyyatından keçib. Bu qısa zaman kəsiyində kifayət qədər oxucu auditoruyası qazanıb; sağ olsunlar bizi oxuyanlar, təklif və rəylərini, iradlarını, fikir və mülahizələrini bizimlə bölüşənlər və onların xeyirxah iştirakı, tələbkarlığı, tənqidi mülahizələri olmadan biz heç nə edə bilmərik. Agentliyimizin adı Tehsil-press olsa da, söhbət təhsil nazirliyindən getmir. Təhsil ümumi və geniş anlamdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, onun təhsilə adiyyatı olmasın. Əgər bizim siyasətimizdə yaxşı təhsil olmasa, uğurlu diplomatiyamız da olmaz. Əgər bizim səhiyyəmizdə yaxşı təhsil olmasa, bizim mükəmməl, bacarıqlı həkimlərimiz də olmaz. Əgər bizim iqtisadiyyatımızda yaxşı təhsil olmasa bizim dövlətimiz inkişaf etməz, iqtisadi cəhətdən güclü ola bilmərik. Əgər ordumuza mükəmməl bilik, təhsil olmasa qüdrətli ordudan da danışa bilmərik və sair, və ilaxır. Bu siyahını yetərincə uzatmaq olar. Demək istəyirəm ki, pinəçidən, bərbərə qədər təhsil olmalıdır.
Təhsilə qayğı göstərmək, təhsilə kömək etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Təhsilə bağlılıq bu gün deyərdim hər evdə, hər ailədə var; cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada təhsil olmasın. Dövlətimiz, xüsusən də ölkə rəhbəri İlham Əliyevin təhsilə qayğısından danışmalı olsaq gərək bir roman yazasan. Eləcə də Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işləri qələmə almalı olsaq, bir epopeya yazmalı olarıq. Deməli, təhsilin həyatımız üçün nə qədər proritet sahə olduğunu bu görülən işlərin fondunda biz görürük və bir vətəndaş olaraq onu qiymətləndiririk.
Son illər təhsil sahəmizdə görülən işlər, aparılan islahatlar göz önündədir. İnkaredilməz həqiqətdir ki, təhsil nazirimiz Mikayıl Cabbarov deyərdim Azərbaycan təhsilinə yeni nəfəs gətirdi. Biz illərdir ki, Avropa təhsili arzusu ilə yaşayırıq. Avropa təhsilli şəxs, Avropa təhsilini Azərbaycana gətirdi. Müəllim nüfuzu, məktəbin bir təhsil ocağı kimi ad-san özünə qayıtdı. Tələbə-müəllim, müəllim-şagird, müəllim-valideyn savaşına son qoyuldu. İndi yaradılan şərait, şəffaflıq, aparılan uğurlu təhsil islahatları onu deməyə imkan verir ki, biz bu uğuru alqışlayaq, bu uğurlu yola kömək edək, nəinki mane olaq. İndi savadını artıqmağa çalışan, öz üzərində işləyən müəllim tələbədən, köhnəfikirli olanlardan qat-qat fərqlənir, məvacibi yüksəlir, şagird on bir il məktəb oxuyursa, atesttat alır.
Müəllim olmaq istəyən imtahana girəndə ədalətli qərarın olacağına inanır. Öz nəticəsindən razı qalır, doğru haqq-ədalət olduğunu bilir. İndi direktor olmaq istəyən özünə dayı axtarmır... çalışır, nəticəsini də görür.
Valideynlərimiz indi rahat yatır, “pul yığımı” kompaniyası söz-söhbətinə ümumtəhsil məktəblərimizdə birdəfəlik son qoyuldu... Övladının birinci sinifə gətirən ata-ana rahatlıqla əmindir ki, istədiyi təhsil ocağında övladı oxuya biləcək.
Buna aid faktlar istənilən qədərdir. Bax “tehsil-press.az”-ın da başlıca məqsəd və məramı təhsilimizə, bu işıqlı gələcəyimizə imkanımız qədər kömək etməkdir. Onu təbliğ etmək, cəmiyyətə, insanlara ədalətli, obyektiv çatdırmaqdır. Məqsədimiz millətimizi kor etmək üçün onun təhsilini əlindən almaq istəyən nankorlara qarşı barışmaz olmaq, onlara qarşı mübarizə aparmaqdır...
Neqativ halları, çatışmazlıqları, əyri-əskikləri yazmaq cəmiyyətə göstərməkdir. Bir daha deyirəm, təhsil hər şey deməkdir və bu anlamı, bu devizi cəmiyyətimizə, insanlarımıza, millətimizə, gələcəyimiz olan gənclərimizə çatdırmaqdır, bu bizim məram və məqsədimizdir!!!
Belə isə, bizi ləkələmək istəyən bədxahlar, bizə şər-böhtan atan nadürüst, nankor insanlar bizdən nə istəyirlər?
Hələ də köhnəliyin tapdağından qalan, o bataqlıqda eşələnən dozanqurdlar, əqli kütlər öz bədxah əməllərindən, niyyətlərindən əl çəkmək istəmirlər. İndi dünya dəyişib, fayton, poçtalyon əsri geridə qalıb, indi elektronika, portal əsridir. İnsanlara operativ, qərəzsiz, düzgün informasiya lazımdır.
Kiməsə yol göstərmək, kiməsə ağıl vermək, görəsən hansı səy təfəkkürlü axmağamı qalıb?!
Əlbəttə, çox vaxt məhəl qoymuruq, qoymuruq ki, karvanımız gedir, bilirik ki, külək qayadan heç nə apara bilmir.
Ancaq neynəyək, şər-böhtan istəsək də, istəməsək də bizi yandırır, olmayan şeyi bizim adımıza yaxanda biz də yanılıb yaxılırıq. Biz də insanıq, bizim də səbrimizin dolub-daşan kasası var. Əgər kimsə öz vicdanını insanlıq hissini itiribsə bizim günahımız nədir?!
Deyirlər, söz qəlbin istehsalıdır, o qəlb çirklidisə, o qəlb təmiz deyilsə, o heç vaxt yaxşı söz söyləyə bilməz. Belə insanlara deyirik: - yazıqlar olsun sizlərə və İslam dinimizin ən ağır ittihamı olan “lənət”i onların üzünə vururuq, - lənət, lənət, yenə də lənət...
Yalan iftiranın əzabının ağırlığı deyirlər səmanın çəkisindən də ağırdı. Bilmirəm səmanın çəkisi nə qədərdi hər halda ağıla sığmazdı, içərisi kin-küdurət dolu insan gecəni görəsən necə rahat yatır. Yalan, böhtan atırsa, özü də rahat yatırsa, dəhşətdir! Bu insanlığa, kişiliyə yaraşmayan, sığmayan bir məsələdir. Bu nə dinimizdə, nə dilimizdə, nə qanunumuzda qəbul olunan məsələdir. Yalanı özü üçün sadələşdirən insana, nə deyəsən? O yalan, böhtan xəstəsidir. Demək olar ki, belə insanlar Allahın da haqqına girirlər. Allahın isə insanın üstündə haqqı var. Əgər insanın bir vicdan anlamı varsa, o, bu günaha girməz. Vicdan insanın daxili Kəbəsidir. Bütün mənəviyyat ruha bağlıdır. Vay o gündən ki, insan yalanı cinayəti özünə peşə edə, bu təkcə onun özü üçün yox, gələcək nəsli üçün təhlükədir.
Deyirlər, insan necə düşünürsə, elə də yaşayır, necə yaşayırsa, elə də ölür və necə öləcəksə, haqq dünyasında elə də cavab verəcək...
Biz öz haqq yolumuzdan, saf əqidəmizdən dönən deyilik. Biz agentlik olaraq müasir dünyamızın tələbinə uyğun apardığımız işıqlı əməllərimizi davam etdirəcəyik. Hər kəsə, bütün təhsil müəssisələrimizə, təhsil sevənlərimizə gələcəyimiz üçün çalışanlara, bu sahənin güzgüsü olan mətbu orqanlarımızın əməkdaşlarına Allah sizlərə yar olsun, Allah sizləri şər-böhtandan qorusun deyirik.
Amin!

Əkbər Hüseynzadə,
“Təhsil-press.az” İnformasiya Agentliyinin rəhbəri