Biz sülh istəyirik... Donuz isə güllə...

Biz sülh istəyirik... Donuz isə güllə... Düz 23 ildir gecə-gündüz dua oxuyuruq ki, bəlkə donuz darıdan çıxdı, ancaq donuz darıdan çıxmır ki, çıxmır... Nə deməli, demək, donuz güllə istəyir. Bir də nə vaxt görmüşük ki, dua oxumaqla donuz darıdan çıxsın?! Özü yxılan ağlamaz deyib atalarımız. Özümüzün günahlarımız daha çox olub. Dönüb keçmişimizə baxanda dəhşətə gəlməyə bilmirsən. Sanki Allah ağlımızı əlimizdən alıbmış. Torpaqdan, Vətəndən pay olmaz demişiksədə, ancaq paylamşıq. Özü də necə gəldi, kimə gəldi... Erməniləri biz belə öyrətmişik. Qonşudur, olmaz, Moskvann xətrinə dəyər, böyük qardaşlar bizdən inciyər, yaxşı deyil. Süfrəmizin başında əyləşdirdik, evimizə buraxdıq...
Deyiblər unudqanlıq ən böyük faciədir...
Unutsaq unudularıq. Bəlkə də elə unuda-unuda bu günə qalmışıq. Tariximizi, keçmişimizi unutduq, gələcəyimizin bizi top-tüfəngə tutacağından qorxmadıq. Tarixi xronikaya nəzər salaq:
1813-1928-ci ilə qədər Azərbaycanın sahəsi- təxminən 310 min kv km olmuşdur...
1920-1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublika ərazisi: 86,6 min kv.km.
1988-1993-cü illərdə isə 20 faizdən çox torpaqlar işğal olundu.
Düşünürəm, bu xronikanı bilməyən yoxdu, Ancaq bunu bilmək elə qəhrəmanlıqda deyil. Bəs onda sual olunur, niyə itirə-itirə gedirik? Niyə təkcə biz itirməliyik? Qazanmadığımız halda heç olmasa olanımızı da itirməyək. Səbəbi nədir, günahkarı kimdir? Fərsizliyimiz, yoxsa ürəyi yumşaqlığımızı, torpaqdan, Vətəndən pay olarmı? Kimə ixtiyar verilib ki, torpağı, vətəni kiməsə hədiyyə edəsən, Vətən əldən gedir, torpaq işğal altında, bizsə şeir yazırıq, mahnı oxuyuruq, qan axan başımıza qanımız tökülən alnımıza şeir həsr edirik, musiqi bəstələyirik, bərəkallah, olsun. İgidlik, qəhrəmanlıq, şücaətlik göstərən ərənlərimizin son anda zəhmətini heçə endiririk. Onların tökülən günahsz qanını batırırıq, niyə? Ölmək ölməkdisə, özü də Vətən uğrunda, gəlin hamımız müsəllah əsgər olaq, birlikdə ölək, qələbəmiz də, bayramımız da, yasımız da birlikdə olsun!.. Heç kəs müharibə istəmir. Bütün əsrlərdə, qərinələrdə müharibə lənətlənib, çünki müharibə qan-qadağa, ölüm, itim, dağıntı gətirir, faciə gətirir. Hüseyn Cavid yazırdı:

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!

Ancaq neyləyək ki, Türkün, türk dünyasnın əzəli və əbədi düşməni olan mənfur, azğınlaşmış erməni faşistləri ilə qonşu olmaq bizim taleyimizə yazılıb. Və bu gün xalqımız bu qəsbkarların daha bir amansız təcavüzünə məruz qalıb, qonşu deyib torpaqdan pay verdiyimiz bu nanəcib xislətli azğınlar indi də bütöv Azərbaycanı işğal etmək niyyətindədir. Günah kimindir?! Deməli, ən böyük səhvi biz özümüz etmişik və indi də onun altını çəkirik və çəkəcəyik! Oğlanlarımız, qızlarımız hələ həyatın şirin vüsalına qovuşmadan qara torpağa qovuşur, şadlıq sarayına getməliykən məzara gedir... Nə üçün, nə uğrunda döyüşürük, niyə döyüşürük, niyə ölürük, öz torpağımzda, öz evimizin içində... dəhşətə bir bax!
Hələ haqq-ədalət axtarırıq, özü də haqqı ədaləti ayaqlar altına atanlardan.
İraq, Əfqanıstan, Livya, Suriya xalqının nə günahı, Ukraynanın nə qəbahəti, Gürcüstann hansı hərəkəti kimlərə xoş gəlmir. Həm güclü, həm də “haqlı”. Bu gün də erməni dəyirmanına su tökən bu cür güclü və ədalətsizlərdən kömək, pənah umuruq?!
Bəs nə etməliyik, dərdimizi kimə deməliyik?! Əlbəttə, hər şey yenə özümüzdən asılıdır, əlac özümüzdədir, başqa yolumuz yoxdur. Xalqın birliyinə, gücünə, şücaətinə arxalanmaq lazımdır. Güc birlikdədir. Gücü savaşa vermək lazımdır, alabəzək qalay daşlara, əndirabadi oyunlara, bir-birindən betər və eybəcər harda gəldi tikilən binalara yox...
Hərbi gücə arxalanmalıyıq, ordumuzun və oğullarımızın gücünə. Bu gün döyüşən əsgər ailəsindən, arxasından arxayın olmalıdır. Şəhid övladı, şəhid ailəsi özünü kimsəsiz bilməməlidir. Döyüş ruhu, Vətən sevgisi hər kəsdə yüksək olmalıdır, bu ruh bağçadan, orta məktəbdən aşılanmalıdır: Qəribə səslənsə də, deməliyəm, əgər bu gün cavanlar arasında sorğu aparsaq, hər hansı müğənninin neçə dəfə ərə getdiyin, boşandığın, nə yediyin, necə yatdığın, hamısın biləcəklər. Ancaq bəlkə də beş milli qəhrəman adını, soyadını tam bilməyəcək. Niyə? Çünki təbliğatımız belə qurulub.
Dəhşətə bax, 23 ildə bir təpə almışıq, hələ də ermənilər bunu həzm edə bilmir. Deyirlər, Azərbaycan əvvəlki “pazisyasına” qayıtsın, sonra biz danışıq masasına əyləşək... biz də hər il təbliğat aparırıq ki, erməni 7 rayonu qaytarır, biz istəmirik. Bir təpəni bizə qıymayan erməni 7 rayonu qaytarar? Erməni qaytarmalı deyil, biz torpağımızın bir santısına qədər hamısın ALMALIYIQ. Özü də zorla, silahla, döyüşlə!!!
Vətəni sevməyin və sevdirməyin yolunu tapmalıyıq, gənc nəsilə bunu aşılamalıyq. Təkcə sözdə yox, həm də əməldə. Doğru deyiblər ki, uşaq valideyndən çox zəmanəsinə oxşayır. Bunun üçün mühit olmalıdır, özü də sağlam mühit, sağlam cəmiyyət. Gənclik bu gün kimə baxıb düzlənməlidir? Kimdən nümunə götürməlidir? Bir qrup dağıdır, talayır, digər bölük isə tamaşa edir. Özümüzdə sosial ədalət, düzgünlük tapmırıqsa, onda bunu başqasında niyə axtarırıq? Biz ölkədən köçüb gedən deyilik, bu ölkə də, Vətən də bizimdir. Bu məmləkətin sahibi bizik. Yol verə bilmərik ki, kimsə haqqımıza girsin, hüququmuzu tapdalasın... Özümüzdən başqa bizə gün ağlayan olmayacaq. Qarabağı, özümüz azad etməli, özümüz qorumalıyıq.
Dua oxumaqla donuz darıdan çıxmaz, – donuza güllə lazımdır...

Əkbər Hüseynzadə

Oxşar xəbərlər