Son illər ölkəmizdə ixtisaslaşmış təhsil ocaqlarının demək olar ki, sayı kifayət qədərdir. Artıq neçə illərdir ki, bir çox nazirlik və komitələrin kadr ehtiyacını təmin etmək üçün onların tabeçiliyində xüsusi təyinatlı akademiyalar fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də, təkcə Xəzər Dəniz Gəmiçiliyi üçün deyil, dünya sularında üzən dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Akademiyasıdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, << Xəzərin taleyində >> də dönüş yarandı. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə belə bir təhsil ocağının yaranmasına start verildi. Əlbəttə, respublikamızda – dəniz ölkəsində Heydər Əliyevin çoxdankı arzusu olmuşdur. Çünki uzaqgörən ölkə rəhbəri bunun nə qədər önəmli olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda sonra ilk olaraq Milli Aviasiya və Dəniz Akademiyalarının yaranması barədə sərəncam imzaladı.
Onu da qeyd edək ki, 1881-ci ilin noyabrında Azərbaycanda kadrların hazırlanması ilk ölkədə dənizçilik təhsilinin bünövrəsi qoyulmuşdu. Akademiya isə Nazirlər Kabinetinin 1996-cı il 15 iyul qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında yaradılıb. ADDA-da 3 fakültə 7 kafedra fəaliyyət göstərir. Akademiya Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınaraq 012 sayı altında dünya ali dəniz təhsili sisteminə daxil edilib.
Akademiyada 1300-ə yaxın tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 8 professor, 31 dosent, 64 baş müəllim və 50 assistent müəllim məşğul olur. Akademiyada ümumilikdə müasir tələblərə uyğun 5 ixtisas – “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “ Gəmi energetik qurğularının istismarı mühəndəsliyi ”, “ Dəniz naviqasiyası mühəndisliyi”, “ Elektrik mühəndisliyi ” və “ Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” ixtisasları fəaliyyət göstərir. Akademiyada təhsilin magistratura və doktorantura pillələri üzrə də tədris aparılır. Diplom dünyanın 167 ölkəsi tərəfindən tanınan akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvü, Xəzəryanı dövlətlərinin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və 16 xarici ölkə dənizçilik ali məktəbləri ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssiəsidir.
2015-2016-cı tədris ili üçün Tələbə Qəbulu Komissiyasının təşkil etdiyi qəbul imtahanlarından uğurla keçən 194 abituriyent Dəniz Akademiyasının tələbəsi adını qazanıb.
Abituriyentlərin bu ilki fərdi göstəriciləri də uğurlu olmuşdur. Belə ki, 77 nəfər 300 baldan, 21 nəfər 400 baldan, 2 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. Onlardan 82 nəfəri dövlət sifarişi, 112 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Vaxtilə təhsil almaq üçün başqa ölkələrə gedən gənclərimiz bu gün məhz Azərbaycanın Dəniz Akademiyasına üz tuturlar. Bu gün Dəniz Akademiyasında təkcə ölkəmizin gəncləri deyil, Türkiyədən, Gürcüstandan, Qazaxıstandan gələn tələbələr də təhsil alırlar.
İndi Azərbaycan gəmiləri dünyanın bir çox ölkələrinə - Türkiyə, Kanada, Dubay, Ukrayna və digər MDB ölkələrinə üzür.
Akademiyanın keçdiyi uğurlu yoldan, bugünkü və sabah görüləcək işlərdən, əldə olunan uğurlardan söhbət açmaq üçün akademiyanın rektoru Çingiz Əliyevlə görüşüb söhbət etdik. O dedi:
- Dəniz Akademiyası təkcə dənizçilərimizin yox, bütün Azərbaycanımızın, dövlətimizin, xalqımızın, böyük arzusu və istəyi ilə yaranmışdır. Hələ sovetlər dönəmində Azərbaycan üçün belə bir ali təhsil ocağının mövcudluğu çox vacib və zəruri bir məsələ idi. Ancaq təəssüf ki, nədənsə bu məsələ öz həllini tapmamışdı. Təəcüblüsü də odur ki, dəniz sahilində yerləşən bir ölkənin Ali Dəniz Məktəbi olmayıb. Doğrudur, sovetlər dönəmində peşə yönümlü << Dənizçilik məktəbi >> olsa da, bu məktəb kadr hazırlığı baxımından dünya standartlarına tam cavab vermirdi. Ulu öndərimizin böyük uzaqgörənliyi, təkidi və qətiyyəti sayəsində gec də olsa belə bir təhsil ocağı yaradıldı. Biz bütün bunlara görə həyatımız boyu ulu öndərə borclu və minnətdar olmalıyıq.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır. Bu siyasət peşəkar kadrların yetişdirilməsinə, təhsilin müasirləşməsinə yönəlib. Əlbəttə, << Xəzər Dəniz Gəmiçiliyi >>nin daim yüksək ixtisaslı kadrlara hazırlamasında keyfiyyətə üstünlük verilməsi əsas şərtdir. Açıq etiraf edim ki, son iki ildə Dəniz Akademiyasında tədris << Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi >> Qapalı Səhmdar Cəmiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rauf Vəliyev bu cəmiyyətin sədri təyin olunan gündən akademiyadan öz diqqət və qayğısını heç vaxt əsirgəməmişdir. Bir neçə dəfə akademiyamızda tələbə gənclər və onların valideynləri ilə << Açıq qapı >> günü keçirmiş, müxtəlif vaxtlardan tələbə - müəllim heyəti ilə görüşləri olmuşdur. Belə görüşlərdən biri bu il sentyabr ayının 10-da qazanmış gənclər və onların valideynləri ilə olmuşdur. Sədr öz çıxışında ali təhsil almaq istəyən abituriyentlərə xatırlatdı ki, əgər nə vaxtsa bu akademiyaya qəbul olanların əksəriyyəti diplom almaq xatirinə daxil olunurdusa, bu gün dövlətimizə və xalqımıza əsl dənizçi olmaq istəyən mütəxəssislər lazımdır. Bu istəklə kim oxumaq istəyəcəksə, mən bir rəhbər kimi həmin gənclərdən diqqət və qayğımı əsirgəməyəcəm.
Əlbəttə, rəhbərliyin bu cür qayğı və diqqəti təbii ki bizim işimizə böyük stimul verir. Biz isə çalışırıq ki, göstərilən etimad və qayğını doğruldaq , işimizi günün müasir tələblərinə uyğun quraq. Akademiyada tələbə - gənclərimiz üçün hər cür şərait yaradılıb, nümunəvi xidmətlər göstərilir. Yataqxana, yemək və paltarla pulsuz tam təmin olunurlar. Onların təlim – tərbiyələri ilə peşəkar mütəxəssislər məşğul olur. Akademiyada tədrisin keyfiyyəti günün tələblərinə tam cavab verir. Tələbələr burada həm nəzəri, həm də praktiki biliklərə yiyələnirlər. Akademiyada müasir tədris təmin edən vasitələrdən biri də müasir tədrisi təmin edən vasitələrdən biri də “ tədris gəmisi ”dir. Bu cür gəmilərin qorunub saxlanılması üçün xərc tələb olunduğundan belə imkan hər ali dənizçilik məktəbində mövcud deyildir.
Bu gün Xəzər dənizində ən müasir tələblərə cavab verən gəmilərdən biri də << Heydər Əliyev adına tanker >> dir. Bu tankerin alternativi yoxdur.
Bu ilin sentyabr ayının 15-də “ Xəzər Dəniz Gəmiçiliyi ” Qapalı səhmdar Cəmiyyəti tərəfindən akademiyamıza general Əsədov adına sərnişin gəmisi bağışlamışdır. Tələbələrimiz hə ixtisas fənlərini , həm də istehsalat təcrübəsini gəmidə keçirlər. Bir neçə dəyişiklik və yeniliyi də diqqətinizə çatdırmaq istərdim. Qeyd edim ki, tələbələrimizə verilən forma və geyimlər pulsuz paylanır. Akademiyada ödənişsiz ingilis və rus dili kursları təşkil edilmişdir ki, tələbələrimiz heç bir ödəniş etmədən kurslara gəlib yüksək səviyyədə dil öyrənirlər. Akademiyada yüksək bal toplayan və əlaçı tələbələrdən ibarət 4 SABAH qrupu yaradılmışdır. Ən böyük yeniliklərdən biri də bu il kursa qəbul olunan tələbələrimizə mühazirə materialları mətbəədə çap olunuraq pulsuz paylanılmışdır. Akademiyanın yataqxanası bu il əsaslı təmir olunaraq tələbələrimizin ixtiyarına verilmişdir.
Rektor söhbətinə davam edərək Akademiyada təhsil alanların peşə məsuliyyətindən danışdı:
- Məsələ təkcə nəinsə yaradılmasında deyil, həmdə onun qorunub – saxlanılmasındadır. Dənizçi peşəsi çox məsuliyyətli, xüsusi cəsarət, istedad, savad, təcrübə tələb edən peşədir. Bu sahədə çalışan insan heç vaxt nə savadsız, nə də məsuliyyətsiz ola bilməz. Dənizçilik həddən artıq dəqiqliyi, nizam- intizamı sevən sahədir. Burada təhsil alan hər bir gənc bilsin ki, cüzi bir səhv, xırda bir diqqətsizlik ona həyatı bahasına başa gələ bilər. İkinci bir məsələ odur ki, dənizçi həmişə səliqə- səhmanlı olmalıdır. Çünki o, xaricdə ölkəmizi təmsil edir. Onun davranışı ilə Azərbaycan haqqında fikir formalaşır. Təhsilini başa vurub, həyata vəsiqə alan tələbələrimiz müxtəlif xarici ölkələrə gedir, müxtəlif ölkə nümayəndələrilə görüşürlər. Bu heç də adi məsələ deyil. Deməli, onların müsbət və mənfi keyfiyyətləri xalqımızın adına yazılır.....
Çingiz müəllim söhbət zamanı gənclərimizin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindən də söz açdı:
- Gəclərimizdə vətənpərvərlik ruhunun aşılanması diqqət mərkəzindədir. Onların ruhunda Vətən, torpaq, bayraq sevgisi canında olmalıdır. Bu hissin, bu sevginin beşiyi isə bizim təhsil ocaqlarımızdır. Bu sevgini isə gənclərə müəllimlərimiz aşılayır. Hər bir müəllim unutmamalıdır ki, o, ilk növbədə , Vətən üçün vətəndaş hazırlayır. Bu, çox vacib məsələdir.
Biz də istərdik ki, üçrəngli bayrağımız altında dəniz və okeanları fəth edən, müxtəlif ölkələrin limanlarında lövbər salan gəmilərimizin ömrü su qədər hüdudsuz, şəffaf , səyahətləri həmişə uğurlu olsun!

Əkbər Hüseynzadə