Qloballaşma, hər şeydən əvvəl, beynəlxalq ünsiyyətin durmadan miqyaslanmasını tələb edir ki, bu da <<insanlar arasında ən mühüm ünsiyyət vasitəsi>> (V.İ.Lenin) olan dilin (əslində, dillərin!) təbiətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu gün dünyada mövcud olan yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar ingilis, fransız, alman, ispan, çin, ərəb, rus və.s dillərdir. Həmin dillərin içərisində isə ingilis dilinin xüsusi mövqeyi vardır. Müasir dünyada, o cümlədən də Azərbaycanda (Azərbaycan Respublikasında) ingilis dilinin nüfuzunun sürətlə artması müşahidə olunur ki, bunun ən azı iki səbəbi mövcuddur:
1) dünyanın (bəşəriyyətin) ümumi (universal) bir ünsiyyət vasitəsinə (dilə) getdikcə güclənən ehtiyacının olması;
2) ingilis dilinin belə bir ehtiyacı ödəmək üçün digər nüfuzlu dillərlə müqayisədə üstünlükləri.
Ümumiyyətlə, müasir dünyada mövcud olan dillərin belə bir <<iyerarxiya>>sını təsəvvür etmək olar:
1. Əsas beynəlxalq dil (ingilis dili).
2. Beynəlxalq dillər (fransız, alman, ispan, çin, ərəb, rus və.s dilləri).
3. Dövlət dilləri, yaxud milli dillər (türk, fars, portuqal, italyan, yunan, indoneziya və.s dilləri).
4. Xalq dilləri (ləzgi, çeçen, tibet, uyğur, altay və.s dilləri).
5. Tayfa dilləri.
Təxminən iyirmi beş türk dilindən ona qədəri, o cümlədən Azərbaycan dili dövlət dilləri, yaxud milli dillər qrupuna aid olub həmin dillər üçün səciyyəvi olan əlamətlərə malikdir. Bu dildə (və onun dialektlərində) əlli milyondan artıq insan danışır. Kifayət qədər qədim (və zəngin) həm şifahi, həm də yazılı mədəniyyəti olan Azərbaycan dili, yada Azərbaycan türkcəsi 20 əsrin əvvələrindən (1918-ci ildən) dövlət dili olsa da, onun milli dil və ya müstəqil bir millətin dili kimi formalaşma tarixi orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayır. Elə həmin dövrdən etibarən bir sıra qonşu xalqlar – ermənilər, gürcülər, dağıstan xalqları və.s regionun beynəlxalq ünsiyyət vasitəsi olaraq Azərbaycan türkcəsindən istifadə etmişlər. Lakin ölkənin müxtəlif xanlıqlara parçalanması, 19 əsrin əvvəllərində şimalının Rusiya, cənubunun isə İranın tərkibinə daxil edilməsi nəticəsində şimalda rus, cənubda isə fars dili yayılmağa, millətin dili sıxışdırılmağa məruz qalmışdır, bir neçə dəfə əlifbası dəyişdirilmişdir. Bununla belə, Azərbaycan dili dövlət dili olaraq formalaşmış, dünya azərbaycanlılarının ümumünsiyyət vasitəsi kimi inkişaf etmişdir.
Qloballaşan müasir dünyada Azərbaycan dilinin taleyi, tamamilə təbiidir ki, hər bir azərbaycanlını milli təəssübkeşlik baxımından dərindən düşündürən məsələdir.
Ümumiyyətlə isə, yuxarıda təqdim etdiyimiz təsnifat - <<iyerarxiya>>nın 3-cü qrupuna, yaxud səviyyəsinə aid olan dilləri aşağı-yuxarı eyni tale gözlədiyini nəzərə alsaq, onların gələcəyinin proqnozlaşdırılmasında təxminən eyni təsəvvür və ya qənaətlərdən çıxış etmək lazım gəlir.
Vaxtilə Ferdinand de Sössür dili dəb-moda iə müqayisə edirdi. Və doğurdan da, dil ünsiyyət vasitəsi kimi müxtəlif ədalardan (hətta ədabazlıqlardan!), müasir görünmək <<stilizasiyalar>>ından məhrum deyil. Ona görə də nə qədər <<dağıdıcı>> olursa-olsun, dünyanın ikinci, üçüncü və s. dərəcədə - səviyyəli dillərinə müəyyən <<anomaliyalar>>ın az və ya çox daxil olmasına hər halda təbii baxmaq lazımdır. Bir də ona görə ki, həmin <<anomaliyalar>> - neologizmlər elə ingilis dilinin özü üçün də tarixi hadisə deyil, tamamilə yenidir... Və başqa dillərə <<dağıdıcı>> təsir edən nitq xüsusiyyətlərinin yalnız ingilis dilinin təbiətindən irəli gəldiyini güman etmək də düzgün olmazdı, çünki beynəlxalq ünsiyyət vasitəsinə çevrilən hər hansı dil tədricən mənsub olduğu xalqın və ya millətin mental səlahiyyətlərinin coğrafiyasından kənara çıxmaqla transmilli əlamətlər qazanır.
Azərbaycan Respublikasının mərkəzdən (Bakıdan, Naxçıvandan, Gəncədən və s.) uzaq bir kəndində müasir tipli böyük bir mağaza açılıb üzərinə <<supermarket>> yazılırsa, buna tamamilə təbii baxmaq lazım gələcəkdir. Hətta həmin kəndin xüsusilə yaşlı əhalisi onu bir müddət köhnə adət ilə <<dükan>> adlandırsa belə... Çünki qloballaşma milli dillərə və ümumən mədəniyyətlərə, birinci növbədə, papadokslarla daxil olur, ziddiyyətlər, görünən və ya görünməyən qarşıdurmalar yaradır. Mahiyyət isə bundan ibarətdir ki, qlobal (bütün dünya üçün ümumi, universal) olan hadisə milli (regional) olan qədər insan üçün maraqlı və ya cəlbedicidir. Hələ orta əsrlərdə (eləcə də qədim dövrlərdə) öz mifologiyaları, dini inamları olan müxtəlif xalqlar, etnoslar (məsələn, türklər, iranlılar, qafqazlılar) islam dinini, yaxud dünyagörüşünü, yaxud da mədəniyyətini məmnuniyyətlə qəbul edib ümumi bir supermilli və ya superetnik dünya yaratmadılarmı? Bununla belə, türk türklüyündə, iranlı iranlığında, qafqazlı qafqazlığında qalmadımı?.. Odur ki, dərhal elan etmək ki, <<beləliklə, planetimizdə monomədəniyyət formalaşır ki, bud a bütün dünyanı məhvə doğru aparır>>, hələ çox tezdir, başqa sözlə, lazımi qədər əsaslandırılmamış mülahizədir.
Bizim fikrimizcə, təbii- tarixi bir proses olan qloballaşmadan çəkinmək , yaxud onu dərhal lənətlənmək çıxış yolu deyil.
Bu baxımdan <<Qloballaşan Azərbaycan>> Sivil İnkişaf Mərkəzinin mövqeyi bizə daha maraqlı (və doğru) görünür. Mərkəzin nəşr etdiyi <<Qloballaşmaya doğru>> kitabında göstərilir ki, <<qloballaşmanın danılmaz faydaları bu prosesdən qorxmayan və bunu ən yaxşı şəkildə idarə etməyi bacaran ölkələr üçün məqbuldur. Azərbaycanın qloballaşmanın xaricində qalmaması və bu prosesdə zərərinin minimum, faydasının isə maksimum olmasına diqqət yetirməsi vacibdir>>. Kitabda öz əksini tapmış belə bir mülahizə də diqqəti çəkir: <<Qloballaşmanın iradəmiz xaricində inkişaf edən və nəzarət edə bilməyəcəyimiz bir proses olduğunu dərk edərək buna ciddi hazırlaşmamız tələb olunur. Bizcə, ölkəmiz qloballaşma prosesinə hazılığa məhz təhsildən başlamalıdır>>.
Azərbaycan, Türkiyə, Fransa, Amaniya, İngiltərə, ABŞ və Kanadada təhsil almış 50-dən çox mütəxəssisin çalışdığı <<Qloballaşan Azərbaycan>> Sivil İnkişaf Mərkəzinin ümumi mövqeyi belədir ki, <<qloballaşma, pozitiv və neqativ dəyər verilməsindən, analitik olaraq düşünülməsi və həll edilməsi və ciddiyə alınması lazım gələn bir fenomendir>>.
Biz hər hansı milli mövqedən, o cümlədən də milli dil mövqeyindən qloballaşmanı təqdir etməsək, hətta ona müharibə elan eləməyə qalxsaq belə, bu təbii-tarixi proses qarşısına çıxan bütün maneələri vurub dağıdacaq və bəşəriyyətin çoxdan arzusunda olduğu və artıq kifayət qədər populyar ifadə ilə desək, <<sərhədsiz dünya>>nı reallaşdıracaqdır. Kapitalizm də buna can atırdı, kommunizmdə... Modernizimlə, necə deyərlər, postmodernizmin də idealı bundan ibarətdir... Odur ki, <<Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı>>nın hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilməsi çox mühüm tarixi hadisədir. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə alan Dövlət Proqramının məqsədi <<Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə araşdırmalarının əsaslı surətdə yaxınlaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir>>.
Dövlət Proqramında <<qloballaşma>> anlayışını, tamamilə doğru olaraq, geniş izahı, bu barədəki biri digərinə çox zaman zidd olan mülahizələrin icmalı verilməmişdir, lakin bu mühüm dövlət (və millət!) əhəmiyyətli sənədin meydana çıxmasının tarixi səbəbinin məhz qloballaşma (onun qaçılmazlığı) olması Proqramın, demək olar ki, hər bir müddəasında öz əksini tapmış, nəticə etibarilə, ümumdünya miqyaslı – bütün bəşəriyyəti düşündürən proses – hadisəyə kifayət qədər dərindən (analitik) münasibət bildirilmişdir:
<<Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir>>.
Azərbaycan xalqı (ümumən türk xalqları) heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq inteqrasiyadan imtina etməmişlər. Və dilimizdə olan minlərlə ərəb, fars, avropa sözləri də bunu təsdiq edir. Həmin sözlər o sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi olan məişət – etnoqrafiya həyatına aid olan anlayışları deyil, intellektual – elmi idrak sahələrini əhatə - ifadə edir ki, bu da Azərbaycan türklərinin beynəlxalq (ümumbəşəri) dəyərlərə heç vaxt biganə qalmadıqlarını və bundan sonar da biganə olmayacaqlarını göstərir.
Bizim fikrimizcə, Dövlət Proqramı da millətimizin qloballaşma şəraitindəki tarixi maraqlarını uğurla əks etdirir.
Heç şübhə yoxdur ki, <<Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevriləcək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır>>.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilinin – dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilmişdir ki, burada müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin <<Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında>> və <<Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında>> fərmanları (2001), <<Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında>> sərəncamı (2004), eləcə də <<Azərbaycan Respublikasının dövlət dili haqqında>> Azərbaycan Respublikasının Qanunu və s. daxildir. Bununla belə, Dövlət Proqramında deyildiyi kimi, <<Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksək-ixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır>>.
Dövlət Proqramının icrasına dair Tədbirlər Planına aşağıdakı məsələlər daxil edilmişdir:
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi;
2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi;
3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi;
4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi;
5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği;
Göründüyü kimi, bu məsələrin hər birində biri digəri ilə sıx bağlı olan iki məqam milli və ümumbəşəri (qlobal!) məqamlar ehtiva olunur; diqqəti cəlb edən cəhət isə odur ki, Dövlət Proqramında Azərbaycan dilinin milli tarixi imkanları qloballaşan dünyanın tələblərinə (çağırışlarına!) cavab verəcək bir səviyyəyə qaldırılmağa çalışılmış, bu baxımdan qarşıya çıxacaq maneələrin dəf edilməsinə yönəldilmişdir. Və söhbət o maneələrdən gedir ki, birinci növbədə, qloballaşmanın təbiətindən və ya qürurdan doğan iddialardır ki, bütün millətlər üçün səciyyəvidir.
Azərbaycan dilinin qloballaşan dünyadakı taleyi müxtəlif müəyyən və qeyri-müəyyən şərtlərlə bağlı olsa da, ən azı üç səviyyədə tədbirlərin görülməsi vəziyyətdən asılıdır:
1) Azərbaycan Respublikası daxilində Azərbaycan dilinin dövlət dili olaraq inkişafının təmin edilməsi;
2) Dünya azərbaycanlıları arasında bu dilin əsas ünsiyyət vasitəsi kimi ədəbi-normativ keyfiyyətdə yayılması;
3) Nəhayət, dünyada Azərbaycan dilinə marağın gücləndirilməsi.
Əslində, biri digəri ilə sıx bağlı olan həmin səviyyələrin hər birində Azərbyacan dilində müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intelektual-mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir.
Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxacaqdır, eyni zamanda təkmilləşmə(və inkişaf) istiqamətində geniş imkanlar da açacaqdır.
Nizami Cəfərov
Milli Məclisin deputatı, professor