"Neftqaztikinti" trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə qəza baş verib - ölən var
İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.
Tehsil-pressşaz SOCAR-ın saytına istinadən xəbər verir ki, N.Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.
Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.Tehsil-press.az
- Baxış: 8811
Xəbərin tarixi: 27.07.2016 / 11:23
-
Oxşar xəbərlər