Əli Əmirlinin “Ağdamda nəyim qaldı?(avtobioqrafik roman)”ı haqqında
Haçansa, lap çoxdan hansısa bir filosofun heç vaxt yadımdan çıxmayan bir fikrini xatırladım: “Dahilər bizə ona görə dahi görünürlər ki, biz onlara diz çöküb baxırıq”. Mən o filosofun bu həqiqətini Əli Əmirovun “Ağdamda nəyim qaldı? (avtobioqrafik roman)”ını oxuyanda yenidən xatırladım. Yenidən xatırladım və roman haqqında ayıq düşüncələrdən sonra məsələyə bir də qayıtdım. Bəlkə bu romandakı hadisələr, insanlar, ən xırda detallar belə mənə tanış (sözün müstəqim mənasında) olduğuna görə, Əlinin təsvir etdiyi Novruzlu kəndi ikimizin də olduğuna görə məni belə təsirləndirdi? Bəlkə romanda təsvir olunan Ağdamın Dəyirman məhəlləsi, Ağdamın özü qürbətdə qaldığına görə mənə bu qədər təsir etdi?
Əvvəlcə bu romanı “Azərbaycan” jurnalında oxudum. Sonra bu romanı Rəşad Məcid “525-ci qəzet”də başdan axıradək dərc etdi. Bu qəzet mənə doğma adamlarım qədər əzizdir – bəlkə bir az da buna görə?
Sonra Saatlıdan Milli Məclisə deputat seçilən Əflatun Amaşovu yollarda və həmin rayonun kəndlərində müşayiət etdik. Bizi Saatlıya aparan geniş bir “Mersedes” mikroavtobusda hamımız bir yerdə otururduq. O uzun yollarda çox söhbətlər olurdu. Və həm də həmin günlərdə “525”-in “Azərbaycan” jurnalından dərc etdiyi “Ağdamda nəyim qaldı?” romanı ətrafında. Romanın Rəşad Məcidə də yüksək səviyyədə təsirini yenə də bir az Ağdamla əlaqələndirirdim: Rəşadın da uşaqlıq illəri Ağdamda keçib. Romana, onun müəllifinə və personajlarına məhəbbət bir az burdan gəlmir ki? Sonra roman haqqında uzun bir söhbət düşdü. Ömrünü insanlıq ləyaqətilə yaşayan ədəbiyyat adamı Umud Rəhimoğlu bu romanı bədii sənətin nadir nümunələrindən hesab etdiyini dedi və fikirlərini əsaslandırdı. Sonra Əflatun Amaşov Əli Əmirlinin sənət dünyasını və bu aləmdə həmin bioqrafik romanın bənzərsizliyini təhlilə çəkdi. Sonra dostumuz, hər şeyə obyektiv yanaşması ilə tanınan Aydın Quliyev romanı yeni dövrün mükəmməl bədii əsəri hesab etdiyini söylədi.
Bu yaxınlarda Əli Əmirlini AzTV-nin “Ovqat” proqramında qonaq gördüm. Haçansa mənim də tələbəm olmuş Nəcibə Əlixanlı və qonaq Əli Əmirli. Hər ikisi mənə doğma! Əvvəlcə, mənə elə gəldi ki, aparıcı Əli Əmirlinin polifonik yaradıcılığı içərisində onun dramaturgiyasına daha çox diqqət edəcək. Amma, yox, gördüm ki, bütün proqram bu yeni avtobioqrafik roman üzərində quruldu. Aparıcı romanın sehrindən çıxa bilmədi. Proqramdan dərhal sonra Nəcibə xanıma zəng etdim. Romana bu qədər diqqətinin səbəbini soruşdum. Dedi ki, mən o romanın sehrindən çıxa bilmədim, yaxşıdı, yoxsa yox, amma neynim ki, çıxa bilmədim.
Və mən bu anda bir daha əmin oldum ki, biz bəzən hadisə kimi meydana çıxan əsəri öz adı ilə çağırmağa nədənsə cəsarət etmirik. Yuxarıda Saatlı səfərlərimizdən adlarını çəkdiyim Azərbaycanın çox müxtəlif bölgələrindən olan həmin intellektual insanların bir çoxunun - heç Əli Əmirli ilə şəxsi tanışlığı olmayan bu adamların romanı ədəbi hadisə hesab etmələri mənim içimdəki özüməşübhələrimi aradan qaldırdı və mən fikrimi qətiləşdirdim: Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” romanı zamanın bənzərsiz ədəbi hadisəsidir. Və mən indi “bənzərsiz” sözünü cəsarətlə işlətdimsə, onda XX əsrin əvvəllərində müasirlərindən birinin Çexov yaradıcılığını dəqiq ifadə edən lakonik bir fikrini də yada salmaq istərdim: “Əgər hər hansı bir möcüzə nəticəsində Rusiya yer üzündən silinsəydi, Çexovun hekayələri əsasında onu yenidən bərpa etmək olardı”. Əli Əmirlinin avtobioqrafik romanı mənim qeyb olmuş kəndimin və qeyb olmuş Ağdamımın yenidən bərpasıdır. Bu roman Orhan Pamukun İstanbul lövhələrindən də bir az irəlidə olub stilistikası və sənədliliyi bədii yüksəkliyə qaldırması ilə sənətkarlıq örnəyinə çevrilir.
Romanda Əli Əmirlinin bir mikrovətəni var: “Dünyaya göz açdığım Novruzlu kəndinin özündə çox kiçik, amma daha doğma bir vətənim də vardı. Bu, kəndin lap girəcəyindəki Boccalı məhləsi idi”. İlk baxışda bunlar adi, bir az ədəbi dildə ifadə olunan iki cümlədi. Amma romanı oxuduqca onun əvvəl-əvvəl “adi” hesab etdiyim hər cümləsi sirli-sehrli bir aləm kimi mənə qəribə təsir bağışlayırdı. Əli Əmirlinin bu Novruzlu kəndi mənim də kəndimdir və o Boccalı məhləsi bir vaxtlar mənim də seyrangahım olub. Romanın personajları – Əlinin atası Xanlar kişi, əmisi Xumuş müəllim, anası Sitarə xanım və digərlərinin hamısı mənim bəlkə Əlidən də artıq tanıdığım müqəddəs adamlardı. Ona görə “Əlidən də artıq” deyə bilirəm ki, Əli o
Boccalıda cəmi 7 il yaşayıb Ağdama köçdü, amma mən o kənddə və o Boccalıda 18 yaşa çatana qədər yaşadım. Bilmirəm, atamı, anamı lap körpəykən itirdiyimdən idimi, ya nədəndi, Əlinin əsl atası (sonralar ona dayısı atalıq edəcək) Xanlar kişi məni heç vaxt öz övladlarından əskik tutmadı. Bunu Əli o qədər də bilmir, çünki o, 7 yaşından ata-anasından, bizlərdən ayrılıb Ağdama – dayısı “artist Mamedin” övladlığına getdi...
Əli Əmirli çox cəsarətli, dəqiq fikirli, həyat faktlarını bədii ovqata yükləyən bir sənətkar kimi o kənddəki həyatını – özünü və ailəsini, qohumlarını və ətrafını heç kəsə güzəşt etmədən romana çıxarıb. Bədii sənətə sədaqət ruhu onun üçün o qədər əzizdir ki, ən yaxın doğmalarını belə güzəştə getmir. Bütün bu güzəştsizliklər o kəndin qaratikan kolundan düzəldilmiş həyət çəpərlərindən tutmuş ağlı-qaralı insanlarınadək, məhlə evlərindən tutmuş Xudu Məmmədov kimi dünya şöhrətli bir alimin haçansa dərs aldığı orta məktəbədək – hər şey müqəddəs ruhları, bu gün pərən-pərən düşmüş kənd adamlarının ləyaqət timsalını daha mükəmməl göstərir...
Mən Əlinin Ağdama – dayısı “artist” Mamedə “oğul olmağa” getdiyi o vaxtı yaxşı xatırlayıram. Romanın personajları – Əlinin yaxın qohum-əqrabası o çətin illərdə belə bir uşağın Ağdama – şəhər mühitinə getməsinə heç təəccüblənmədilər. Doğrusu, mən də min bir zillətlə barama becərən, üzüm yığıb çaxır zavoduna təhvil verən Novruzlu uşaqlarından ayrılıb şəhərə gedən Əlini bu əsəri oxuyanadək dünyanın xoşbəxti hesab etmişdim. Amma deyəsən çox yanılmışam. İndi avtobioqrafik romandan bu abzası oxuyuram və Əlinin Ağdam ömrünə həsədimin havayılığı üzür məni:
“Ağdamda, təzə evdə, yad ailədə mən hər bazar gününü səbirsizliklə gözləyirdim. Həmin gün Əmimlə Mamam şəhərə, yəni Ağdama bazarlığa gəlirdilər. Təbiidir ki, bazara gəlib qardaşı evinə dəyməyə bilməzdi Mamam. Həm də orda indi anasından, qardaşından başqa mən də vardım, özündən ayırıb qardaşa peşkəş elədiyi uşaq.
Ağdama gəldiyim gündən darıxmağa başladım. Ata-anam, bacı-qardaşlarım, həyətimiz, bağçamız üçün tək burnumun ucu yox, ürəyim göynəyirdi. Dayımın evində mən özümü sürgündəki kimi hiss edirdim, amma bunu heç kimə deyə bilmirdim, hamıdan gizlədirdim, necə xifət elədiyimi heç vaxt büruzə vermirdim. Hamı məni xoşbaxt, ərköyün, sevilən uşaq bilirdi. indi mənə çox qəribə gəlir, yeddi-səkkiz yaşlı uşağı ikili həyat sürməyə, həqiqi hisslərini cidd-cəhdlə gizlətməyə məcbur edən nəydi? Nəydi məni bu evdə, bu süni ailədə saxlayan? Mən Papamın neçənci arvadı olan Şəfiqənin qabağında, elə Papamın hüzurunda niyə özümü ata-anama biganə göstərirdim? Onların yanında anama həmişəki kimi mama demirdim, həm də deyim ki, buna ixtiyarım da çatmırdı. Bilirdim ki, artıq Papa dediyim dayım, mama dediyim Şəfiqə mənim valideynlərimə göstərdiyim bu biganə münasibətdən xoşlanır, hətta anamın məni öpməsinə qısqanclıqla yanaşırdılar. Yazıq Mamam bunu bildiyindən Papamın, xüsusilə də Şəfiqənin yanında məni öpməkdən çəkinirdi. Özünü saxlaya bilməyib məni yüngülvari öpəndə isə, Şəfiqə o saat Papamı köməyə çağırırdı”.
Etiraf edim ki, mən bu romanı oxuyub bitirəndə onu qiymətləndirməyin dillemması qarşısında qaldım: Bilmirəm, kənddə, hətta Ağdam həyatının özündə xeyli dərəcədə tanıdığım adamların nə qədər real detallarla təsvir edildiyinə diqqət kəsilim, yoxsa bu personajlara sənədlilikdən çıxıb hər bir oxucu üçün doğmalaşa biləcək bədii obrazlar kimi yanaşım?
Amma, məncə, əsərdə hər iki cəhət qiymətlidir və sənədliliyin bədiiliyə verdiyi qüvvət sənətkarın sənət qüdrətini göstərməkdədir.
Lap cavan çağlarımda oxuduğum bir əsər – Valentin Rasputinin “Fransız dili dərsləri” hekayəsi - kənddən gəlib rayon mərkəzində məktəbə düşən, atası müharibədə həlak olmuş bir uşağın taleyi heç vaxt yadımdan çıxmır. Müasir rus kənd nəsrinin böyük ustadlarından olan V.Rasputinin bu hekayəsi də avtobioqrafik əsər formatındadır (hekayə birinci şəxsin dilindən təhkiyə olunur). “Fransız dili dərsləri” kənddən şəhərə düşmüş uşağa bir tərəfdən ətrafın ögey, qısqanc, ədəbaz münasibəti, digər tərəfdən yeganə olaraq fransız dili müəlliməsinin lirika dolu qayğıları və s. başdan-ayağa təxəyyülün məhsuludur və belədə, əlbəttə, sənətkar o qədər də əziyyət çəkmir. Əli Əmirlinin obrazlarının hamısı – birmənalı olaraq hamısı – roman müəllifinin ətrafında olmuş real insanlardır. Belədə isə həmin adamların bədii obrazını yaratmaq və bu anda bədii əsər üçün təhlükə mənbəyi ola biləcək publisistikadan uzaq olmaq çətindir. Əli Əmirli bu çətinliyi birmənalı şəkildə dəf edə bilmişdir.
Əli Əmirlinin özgə evində (o, dayısı evini heç vaxt doğma hesab etmir) keçirdiyi narahat uşaqlıq illəri uşaqlığı ögeylikdə keçən hər kəsin payına çevrilir.
Mən bu yerdə müəllifin düşdüyü ögey evdəki narahatlığını təsvir edən bir abzası da diqqətə çatdırmaq istərdim:
“Əlbəttə, nə Şəfiqə (dayısının arvadı, Əlinin “yeni” anası – C.M.), nə onunla antoqonist münasibətdə olan nənəm Zinyət, nə də Papam məni məxsusi incitmirdilər, amma mən bu evə gələndən artıq uşaqlığım bitmişdi. Uşaq istəklərimin çoxunu içimdə dəfn eləmişdim. Heç kimə ərkim çatmırdı. Evdə güvənə biləcəyim adam yoxdu. Ona görə də məhlədəki tay-tuşlarım kimi ürəkli deyildim. Nahaq deməyiblər, yetim quzu qoç olmaz! Bilirdim ki, çətin məqamda arxamda dayanan olmayacaq, əksinə, haqlı-haqsız çoxlu danlaq, tənə yeyəcəm, odur ki, bütün hərəkətlərimi Şəfiqənin xoşuna gələ biləcək istiqamətdə tənzimləyirdim. Bir oğlan uşağı kimi mənim azadlığım yoxdu, heç kəs kənddəki kimi başıma fırlanmır, məni tumarlamır, nəvaziş eləmir, üzümdən öpmürdü. Mən heç doğmaca Nənəmdən də elə bir məhəbbət, qayğı görmürdüm. Onun başı özünə qarışmışdı, daha çox “toy toğlusuna oxşayan” gəlinlə mübarizədə idi. Ümumiyyətlə, Dayımın evində bütöv bir ailə anlayışı yoxdu”.
Yuxarıda qeyd etdiyim kimi, Əli Əmirli bütün sətirlərində səmimidir. Hətta, bu səmimiyyət bəzən o həddə çatır ki, yaxınları, doğmaları bu romandan sonra Əlidən inciyə də bilərlər, lakin bu anda Əli Əmirli dünya ədəbiyyatının ən ciddi örnəkləri səviyyəsinə qalxır və məsələn, A.Gertsenin “Olmuşlar və düşüncələr” memuarındakı personajlara müəllifin səmimiyyət ölçüsünü də ötə bilir. Çünki belə əsərlərdə azacıq bir qahmarlıq, azacıq bir uydurma dərhal hiss olunur və əsərin bədii ruhuna kölgə salır. Əli Əmirli 7 yaşından onu ata-anasından ayırıb uşağı olmayan arvadı Şəfiqənin istəyi ilə oğulluğa götürmüş Məmməd Əmirovun – ağdamlıların “artist Mamed” kimi tanıdığı atalığını da, ona pis-yaxşı analıq etmiş Şəfiqə xanımı da gördüyü, duyduğu bütün çalarları ilə qələmə alır. Eləcə də, doğma anası Sitarə xanım, doğma atası Xanlar kişi, kənd və şəhər həyatının digər adamları yazıçı qələmində reallıqla təsvir edilir. Reallıqla deyirəm və həm də bildirmək istəyirəm ki, bu reallıqlar bütün kəm-kəsirləri ilə həmin adamları oxucuya sevdirir. Və bu anda məndə belə bir fikir yaranır ki, bu dünyada maraqlı olmayan insan yoxdur. Sadəcə, qalır insana sənətkar münasibətinin ustalığı.
Əlinin kənddən sonrakı Ağdam həyatı “Dəyirman” deyilən tipik bir məhəllədə cərəyan edir. Bu kiçik məhəllə bütün dolanbacları ilə Ağdam mühitidir, bir az da cəsarət etsəm deyərdim ki, Azərbaycan mühitidir.
Doğrusu, mən hansısa əsərin dilindən, üslubundan danışmağı heç xoşlamıram. Məncə, dili və üslubu yerində olmayan “yazıçı” gərək əlinə qələm almasın. Bu mənada mən hər bir nəsr əsərini, adətən, onun ilk cümləsindən duyuram. Bu duyğu əsərin dilindən doğur. Dil nəsr dili deyilsə, mən əsəri həmin o ilk cümlədən sonra oxumuram. Lakin mən bu “qaydanı” pozaraq, elə bu yerdəcə Əlinin romandakı Novruzlu, Ağdam ləhcəsini olduğu kimi saxlamaqla əsərə necə bir milli kolorit verdiyi bir yana, həm də məni yenidən o illərə qaytarmağı ilə içimdən, canımdan keçən bir nostalji ovqat yaratdığını ayrıca qeyd etmək istərdim.
Romanda bir sevgi macərasından özünü yandıran qadın əhvalatından tutmuş Novruzlu toylarına qədər hər məqamda təkcə təsvir olunan sevgi, təsvir olunan konkret bir kəndin toy hoqqaları (!) deyil, bütöv bir xalqın milli koloriti öz əksini tapıb. Oğlunu dayısına oğulluğa vermiş və bu peşimançılığını heç vaxt kimsəyə bildirməmiş ata Xanlar kişi, ana Sitarə xanım, “Qarabağın maralı” kimi məşhur bir mahnının bəzən unudulan müəllifi İskəndər Novruzlunun, Azərbaycan elmi mühitini dünya arenasına çıxaran Rafiq Əliyevin və digərlərinin haqqında gedən söhbətlər Əlinin nəsr sənətkarlığından xəbər verir.
... Əli yeddi yaşından Ağdama köçür və onun özünə mikrovətən seçdiyi Novruzlunun Boccalı (Borçalı) məhləsi “Dəyirman həyəti” ilə əvəz olunur. Doğrudur, bu “Dəyirman həyəti” mənə ancaq yerlilərin söhbətlərindən məlum idi, amma Əli Əmirli bir məhəllənin simasında Ağdamın 50-ci illərin sonu, 60-cı illərinin bütöv, dəqiq detallardan hörülmüş obrazını yarada bilmişdir.
Romanda müəllifin o dövrün, bu dövrün ictimai hadisələrinə ekskursları da əsəri inandırıcı edir və bir sıra hallarda Əli Əmirlinin vətəndaşlıq mövqeyini ortaya qoyur. Məsələn, Ağdam, onun milli atributları haqqında sətirləri təsirlənmədən oxumaq olmur. Bu barədə xatirələrə dalan müəllif yazır:
“Bu yaxınlarda jurnalistlərdən birinin Ağdam məscidi ilə bağlı bir sualı məni o uzaq illərə apardı. Sualın məğzi beləydi: düşmənlərimiz Avstraliyanın qədim peşə ilə məşğul olan bir aktrisasını Xankəndindən Ağdama gətirib müqəddəs Allah evinin qabağında müxtəlif pozalarda şəklini "atdırıblar", bu barədə bir ağdamlı yazıçı, ziyalı kimi nə deyərdiniz?
İlk reaksiyam sualı cavabsız qoymaq oldu, amma bu tez keçdi, hiss elədim ki, danışmağa ehtiyacım var. Jurnalistə dediyimi olduğu kimi təkrar edəcəm: “Mən o aktrisanı qınamıram, onun üçün harda, hansı şəraitdə poza verməyin fərqi yoxdur, təki vermək olsun. Qaldı həmin fotosessiyanı təşkil edən ermənilərə... onların bu addımı məndə nifrət deyil, rəhm oyadır. Ermənini yaşadan, bütün şər əməllərə təhrik edən kin, paxıllıq, həsəd və, əlbəttə, sonsuz nifrətdir. O,bu nifrətlə doğulur, bu nifrətlə böyüyür, bu nifrətlə də ömrünü başa vurur. Nə qədər acı olsa da, bu nifrətin əsas obyektlərindən biri də bizik.
Çaqqal Tabaki kimi, daha güclülərə sığınıb, yalmanıb torpaqlarımızı qəsb etməkdən ürəyi soyumayan erməni hələ acıq da verir, müvəqqəti qələbəsinin dadını çıxardır. Bax, elə həmin provokasion şəkillərin özü də acığa xidmət edir. Əslində, bu, nifrətdən boğulan insanın aciz çabalarını, aqoniyasını xatırladır və bu normal ağıla, məntiqə sığmayan natəmiz əməllər, yenə də deyirəm, məndə nifrət deyil, rəhm oyadır o bədbəxt insanlara, ömrünü xeyirə deyil, şərə xidmətə sərf edən xəstə təxəyyüllü ermənilərə. Axı, bu pisliklər, məkr və xəbisliklər, hətta “qələbələr”, ermənini xoşbəxt eləmir, əksinə, daimi məhrumiyyətlər və uğursuzluqlar içində inləyir, zarıyır və nəhayətdə diz çöküb güclülərə əl açmağa məcbur olur. Bu, erməninin həyat tərzidir...”
Əlbəttə, mən heç də bütün romanı təhlil etmək fikrində deyiləm. Amma sonda bir daha əvvələ qayıdıram: Əli Əmirlinin “Ağdamda nəyim qaldı? (avtobioqrafik romanı)”ı sənədliliyin və bədiiliyin sintezi kimi yüksək sənətkarlıqla yazılmış bir əsərdi və bu bənzərsiz romana görə sənətkara sonsuz minnətdarlığımı bildirirəm.

Cahangir Məmmədli