Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Moskvada İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində keçirilmiş konfransda iştirak edib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil edilən konfransda M.Babanlı “Neft kadrlarının yetişdirildiyi dünya miqyaslı mərkəz” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, azərbaycanlı mütəxəssislər Rusiyanın neft-qaz sahəsinə önəmli töhfələr veriblər. ADNSU-nun məzunları bu sektorun inkişafında xüsusi mövqeyə malikdirlər. Onların arasında milliyyətcə rus olan Nikolay Baybakov və Yuri Zaysev, bolqar Vasili Dinkov, yəhudi Viktor Xain və Mark Dalin, ukraynalı Viktor Qutırya, tatar Ahməd Mustafinov və başqaları var. Rektor deyib: “Adları çəkilən insanların vəzifələrini və layiq görüldükləri adları qeyd etməyə ehtiyac yoxdur. Onların sırasına istehsalatda, elmi və ictimai fəaliyyətdə yüksək nailiyyətlər əldə etmiş və əvvəlki kimi hazırda da özlərini bakılı adlandıran, yüzdən artıq xarici ölkədən olan məzunlarımızın da adlarını əlavə etsək, onda etiraf etməliyik ki, bizim universitet, həqiqətən də, neft kadrlarının yetişdirildiyi dünya miqyaslı mərkəzdir”.
ADNSU-nun yaranma tarixindən, respublikamızda elmi-texniki fikrin inkişafına verdiyi töhfədən danışan M.Babanlı vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası yarandıqdan sonra bu qurumun 15 həqiqi üzvündən yarısı, sovet dövründə yüksək mükafatlar almış 12 azərbaycanlıdan 10-u bu ali məktəbin məzunu olub. Bildirilib ki, azərbaycanlı alimlər Rusiyada neft institutlarının təşkilində fəal iştirak ediblər. Bu sahədə fəaliyyət göstərən ali məktəblər arasında əməkdaşlıq davam etdirilir. Hazırda ADNSU-nun üçüncü kurs tələbələrindən dördü təhsilini Ufa Dövlət Neft-Texniki Universitetində, Uxta Dövlət Texniki Universitetinin ikinci kurs tələbəsi isə ADNSU-da təhsilini davam etdirir.
Rektor ADNSU-nun bundan sonra da ənənələrə sadiq qalaraq, adlarını dünyanın neft-qaz sənayesinin inkişafı tarixinə həkk edəcək çoxlu sayda azərbaycanlı mütəxəssislər yetişdirəcəyini vurğulayıb.
ADNSU-nun Mətbuat Xidməti