Hər il mayın 10-da Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi bir daha yada salır, onun dövlətçiliyimizin möhkəmlənməsi, inkişafı üçün gördüyü misilsiz işləri xatırlayır. “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” - deyən ümummilli lider Cənubi Qafqazda Azərbaycan Respublikası kimi, qüdrətli, inkişaf edən, güclü bir dövlət qurdu.
Xalqımız ümummilli lideri Heydər Əliyevi bütün qəlbi ilə sevir, böyük əzmkarlıqla onun strateji xəttini həyata keçirir. Hələ Heydər Əliyev 1969-1982-ci illər ərzində, yəni Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamız geridə qalmış bir ölkədən qabaqcıl ölkələr sırasına çıxdı. Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf etməyə başladı və ölkəmiz dünyanın nəhəng dövlətlərinin diqqətini cəlb etdi. Heydər Əliyev həm də mədəniyyətimizin, ədəbiyyatımızın keşiyində dayandı və məhz onun sayəsində milli varlığımız qorunub-saxlanıldı.
1991-ci ilin məlum hadisələr zamanı nicat yolu axtaran xalq 1993-cü ilin iyununda Heydər Əliyevi ölkəni xilas etmək üçün Naxçıvandan Bakya dəvət etdi. Ziyalılar ulu öndəri Naxçıvandan Bakıya dəvət edəndə onun siyasi hakimiyyətdə olduğu dövrdə elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata ayırdığı diqqətin və göstərdiyi qayğının canlı şahidləri kimi çıxış edirdilər.
Hər zaman öz xalqının yanında olan və onun arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən Heydər Əliyev muxtar respublikadan paytaxta gəlməklə xalqın itməkdə olan ümidlərini özünə qaytardı.
Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə son dərəcə ağır, acınacaqlı, çətin bir dövrə təsadüf edirdi. Yaxın tariximiz olan o günlərdə Azərbaycan çox ağır bir sınaq qarşısında idi. Məhz ulu öndərimiz apardığı müdrik siyasət sayəsində Azərbaycanda daxili sabitlik təmin olundu, dünyanın aparıcı dövlətləri ilə iqtisadi sahədə müxtəlif müqavilələr bağlandı. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə addımladı, siyasi cəhətdən sabit bir ölkəyə çevrildi.
Heydər Əliyev ölkə təhsilinin inkişafına, eləcə də bu mühüm sahə ilə birbaşa bağlı olan gənc nəslin təlim-tərbiyə məsələsinə, onların milli dəyərlərə söykənən sağlam vətəndaşlar kimi formalaşmasına böyük diqqət və qayğı ilə yanaşırdı. Bu baxımdan onun milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması ilə bağlı imzaladığı fərmanlar xüsusi əhəmiyyət kəsb edir. Həmin fərmanlar bizim milli-mənəvi dəyərlərimizin, xalqımızın əxlaqi keyfiyyətlərinin keşiyində duran əvəzsiz bir proqram mahiyyətini daşıyırdı.Bu fərmanla həm də təhsilimizə düzgün bir istiqamət verirdi.
Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən Ulu öndərimizin təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanıldı. Bu gün həmin kurs uğurla davam etdirilir, ölkəmizdə təhsillə bağlı onlarca proqram həyata keçirilir və bu sənədlər təhsilimizin bütün sahələrini əhatə edir. İndi biz təhsilimizin hazırkı durumunu inkişaf etmiş ölkələrin təhsili ilə müqayisə edə bilərik. Bütün bunlar isə, heç şübhəsiz, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində olmuşdur.
Təbii ki, ümummilli liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı ilə qeyd etmək qeyri-mümkündür. “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır” – sözlərini bir daha təsdiqləyərək, inanıram ki, onun mənəvi ömrü, ideyaları əbədiyaşardır. O, bu gün də bizimlə çiyin-çiyinə irəliləyir. Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbidir.
U.Çörçili öz həyat yoluna yekun vuraraq yazırdı: “Gərək sən öz ölkən uğrunda ölməyə hazır olasan, lakin bundan daha vacibi odur ki, sən öz ölkən naminə yaşamağa hazır olasan”. Heydər Əliyev öz ölkəsi naminə yaşadı və yaratdı.
Böyük iftixar hissi ilə demək lazımdır ki, bu gün ümummilli liderimizin siyasi kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev fədakarlıqla, əsl siyasi uzaqgörənliklə həyata keçirir. Biz qəti əminik ki, Heydər Əliyevin bütün arzuları, strateji planları cənab Prezidentimizin düşünülmüş siyasəti ilə qısa zamanda gerçəkləşəcəkdir. Doğma torpaqlarımız işğaldan azad olunacaq, ölkəmiz daha sürətlə inkişaf edərək əsrin ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.

Nəzakət Əsgərova,
Hümanitar fənlər Təmayüllü
Məktəb-liseyin direktoru
Hümanitar fənlər Təmayüllü
Məktəb-liseyin direktoru