“Səsli kitablar” layihəsi və “Birlikdə” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbir bu qurum və Community.az portalının dəstəyi, “Pasha Holding”, “Access Bank”, “AXA MBASK” sığorta şirkəti, Referans Klinik Laboratoriya Mərkəzi və LOR hospitalının təşəbbüsü ilə təşkil olunub.
Mərasimdə “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” və “Birlikdə” jurnalı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audiokitablar hazırlanıb.
Layihənin həyata keçirilməsinin əsas məqsədi görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan faydalanmalarına kömək etməkdir.
Layihə çərçivəsində yeni kitabların səsləndirilməsi də planlaşdırılır. Proses bitəndən sonra audiokitablara www.community.az portalında qulaq asmaq mümkün olacaq.
Qeyd olunub ki, “Birlikdə” jurnalı “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə çap olunub.
“Birlikdə” jurnalının nəşr edilməsinin əsas məqsədi məktəbliləri, valideynləri, müəllimləri maarifləndirmək, onların dünyagörüşlərini artırmaq və asudə vaxtlarının daha səmərəli keçməsinə kömək etməkdir.
Nəşrdə “Mən”, “Sağlam ol”, “Tədbirlərimiz”, “Top 10 kitablar”, “İşıqlı gələcək”, “Süjet”, “Maraqlıdır bilmək”, “Gənc səyahətçi”, “Danışır peşəkar” bölmələri yer alıb.
Jurnaldakı bölmələr üzrə istedadlı məktəblilər, xəstəliklərə qarşı mübarizə yolları, idman növləri, kitablar, teatrlar, geyim tərzi, Azərbaycanın bölgələri, keyfiyyətli təhsil, birinci sinfə şagird qəbulu, uşaqlarla davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat almaq mümkündür.
“Birlikdə” jurnalı mövzuların fərqliliyi, orijinallığı baxımdan məktəblilərə aid jurnallar arasında özünəməxsusluğu ilə seçilir. Məktəblilərin maarıflənməsi üçün zəngin vasitə olan jurnal tərtibat baxımından da seçilir. Nəşrdə hər mövzuya uyğun şəkillərin rəngarəngliyi diqqəti cəlb edir.
Qeyd edək ki, “Məktəb icmaları” layihəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 150 ümumi təhsil müəssisəsi cəlb olunub.

Hikmət Əliyev