4 iyul 2017-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində IV kursu başa vuran tələbələr üçün "Məzun günü" keçirilmişdir. Müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra açıq elan olunan tədbiri giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev davam etdirdi. F. Quliyev bildirdi ki, universitetimizi 900-ə qədər tələbə bitirərək ali təhsilli vətəndaş adını almaq üzrədir. Həmin tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə savadlı mütəxəssis olduqlarını sübut edəcəklər. Şübhəsizdir ki, bizim müəllim kimi ən böyük arzumuzdur ki, tələbələrimiz universiteti bitirdikdən sonra ən yüksək səviyyədə fəallıq göstərsinlər, müəllimlərinin, bizlərin etimadını doğrultsunlar. Əminəm ki, bu belə də olacaqdır. Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün istənilən zəruri şərait yaradılmışdır. Azərbaycanda gənclərə dövlətin göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Bu, danılmaz faktdır. Məhz bu qayğının nəticəsidir ki, gənclər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük uğurlar qazanmışlar. Azərbaycan gəncliyi dövlətin ona göstərdiyi diqqət və qayğını hər zaman yüksək qiymətləndirir və buna layiq olmağa çalışır. Müasir gəncliyin məsuliyyəti böyükdür. Müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumaq və onun müstəqilliyinin əbədi olmasını təmin etməkdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı olan intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz, Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla bərabər beynəlxalq miqyasda da uğurları sıralayırlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Gənclər artıq müşahidəçi qismindən çıxaraq, birbaşa proseslərin iştirakçısına çevriliblər. Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib.
Sonra çıxış edən məzunlar bildirdilər ki, təhsil aldıqları müddət ərzində universitetdə yalnız qayğı ilə təmin olunmuşlar. Yaradılmış şəraitə görə tələbələr universitetin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
“Məzun günü” incəsənət nümayəndələrinin müxtəlif ifa və nömrələri ilə davam etdirildi.
AKU-nun Mətbuat Xidməti
Sonra çıxış edən məzunlar bildirdilər ki, təhsil aldıqları müddət ərzində universitetdə yalnız qayğı ilə təmin olunmuşlar. Yaradılmış şəraitə görə tələbələr universitetin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
“Məzun günü” incəsənət nümayəndələrinin müxtəlif ifa və nömrələri ilə davam etdirildi.
AKU-nun Mətbuat Xidməti