Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstana səfəri başa çatıb.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Tehsil-press.az-a verilən məlumata görə, 11-12 apreldə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevdən ibarət nümayəndə heyəti Bolqarıstanın (BR) vitse-prezidenti İliyana Yotova, Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev, Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktor müavini Marçela Borisova, Bolqarıstan Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini Nikolay Dobrev, Tibb Universitetinin rektoru Viktor Zlatkov, Dağ-mədən və Geologiya Universitetinin rektoru Luben Totev, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirib.
BR vitse-prezidenti İ.Yotova ilə keçirilmiş görüşdə Novruz bayramı ərəfəsində Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndəni qəbul etdiyini xatırlayan vitse-prezident bu görüşün müqəddəs Pasxa bayramı ərəfəsində baş tutması ilə bu görüşlərin bir ənənə halı aldığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında Sazişin imzalandığına diqqət çəkən İ.Yotova bunun ölkələrimizin elm xadimləri arasında əməkdaşlıq üçün platforma yaradacağına inamını ifadə edib. AMEA-nın prezidenti A.Əlizadə Akademiyanın fəaliyyəti barədə qarşı tərəfə məlumat verərək sözügedən sazişin imzalanması ilə iki akademiya arasında əməkdaşlığın yeni mərhələsinin başlandığını vurğulayıb. Tərəflər həmçinin Avropa İttifaqı (Aİ) proqramları çərçivəsində əməkdaşlıq, Bolqarıstan alimləri ilə birgə laboratoriyaların yaradılması, AMEA-nın magistr proqramı ilə Bolqarıstanın müvafiq ali təhsil müəssisələri arasında mübadilə, əczaçılıq sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru S.Dençev ilə keçirilmiş görüşdə tərəflər informasiya texnologiyaları, kitabxanaçılıq tədqiqatları, qarşılıqlı tələbə mübadiləsi ilə bağlı müzakirələr aparıblar. Görüşdə həmçinin Universitetin rektoru S.Dençev tərəfindən AMEA ilə əməkdaşlıq haqqında çərçivə sazişinin layihəsi təqdim olunub.
Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktor müavini M.Borisova ilə keçirilmiş görüşdə akademik A.Əlizadə rəhbərlik etdiyi Akademiya nəzdində fəaliyyət göstərən kitabxana barədə məlumat verərək kitabxanada 3 milyondan çox kitabın saxlandığını, kitabxananın bazasında mövcud olan kitabların elektron versiyaya çevrilməsi prosesinin davam etdiyini bildirib. Ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən M.Borisova kitabxananın dövri nəşrinin çap olunduğunu, burada Azərbaycanda fəaliyyət göstərən kitabxanalar barədə məqalələr yerləşdirilə biləcəyini vurğulayıb. Daha sonra AMEA-nın prezidenti tərəfindən “Azərbaycanın Milli Coğrafi Atlası” və “Dünyanın Palçıq Vulkanlarının Atlası” Kitabxanaya hədiyyə edilib. “Azərbaycanın Milli Coğrafi Atlası”nın 3 il ərzində ərsəyə gəldiyini bildirən A.Əlizadə bu atlasın Azərbaycanın müstəqillik əldə etdikdən sonra 25 il ərzində keçdiyi inkişafını əks etdirdiyini qeyd edib. Akademiya tərəfindən hazırlanmış “Dünyanın Palçıq Vulkanlarının Atlası”nda dünyada mövcud olan palçıq vulkanları barəsində müfəssəl məlumatın əks olunduğunu, həmçinin 300-dən çox palçıq vulkanının mövcud olduğu Azərbaycanın bu sahədə dünya ölkələri arasında birinci yer tutduğunu bildirib. M.Borisova hər iki atlasın “Kitablar, istiqamətlər, publika” adlı sərgidə nümayiş olunacağı, eləcə də yaxın zamanda Akademiyanın hədiyyələri olan bu dəyərli hədiyyələrin elektron versiyasının yaradılacağını söyləyib.
Sonda nümayəndə heyəti Kitabxanada saxlanılan qədim əlyazmalar və yenicə quraşdırılan və kitabları müxtəlif növ zərərverici bakteriyalardan təmizləyən “Anoksiya” adlı avadanlıqla tanış olub.
Bolqarıstan Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini N.Dobrev və Dağ-mədən və Geologiya Universitetinin rektoru L.Totev ilə görüşlərdə tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin AMEA nümayəndələri Dağ-mədən və Geologiya Universiteti tərəfindən 20 oktyabr 2017-ci il tarixində təşkil olunacaq 60-cı Beynəlxalq Elmi Konfransa dəvət edilib.
Tibb Universitetinin rektoru V.Zlatkov ilə keçirilmiş görüşdə nümayəndə heyətinə Universitetin fəaliyyəti barədə ətraflı məlumat verilib. Tərəflər iki struktur arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Xüsusilə əczaçılıq sahəsində ölkəmizlə əməkdaşlığa maraq göstərən bolqar tərəfi Bolqarıstanın bu sahədə böyük təcrübəyə malik olduğunu, bu ölkə tərəfindən istehsal olunan dərman preparatlarının digər Avropa ölkələrinə nisbətən daha ucuz olduğunu söyləyib.
Milli Təbiət Tarixi Muzeyinə səfər zamanı nümayəndə heyəti Muzeyin zəngin eksponatları ilə tanış olub.
AMEA-nın prezidenti A.Əlizadənin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində işıqlandırılıb.