İyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında respublikada cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, IV İslam Həmrəyliyi Oyunları və "Formula 1 Azərbaycan Qran PRİ" yarışları kimi möhtəşəm beynəlxalq tədbirlər zamanı ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdıraraq şəxsi heyətin Azərbaycan Respublikasına xidmətlərinin möhtərəm Prezident tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, 55 əməkdaşın dövlət təltifinə, 4 rəhbər vəzifəli şəxsin ali xüsusi rütbəyə layiq görüldüyünü xatırladaraq bu ali diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib. O da qeyd edilib ki, xidmətdə fərqlənən 643 əməkdaş və 63 hərbi qulluqçu DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, nazirliyin rəhbərliyi tərəfindən 1013, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 187 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığı vurğulanıb. O da bildirilib ki, hesabat dövründə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz azalıb.
Polis general-leytenantı Vilayət Eyvazov çıxışının sonunda qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət plan və proqramlarına, həmçinin müvafiq istiqamətlər üzrə DİN rəhbərliyinin əmr və göstərişlərinə uyğun olaraq, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflığın artırılması üzrə sistemli fəaliyyət davam etdirilir. Görülmüş işlərin əyani təsdiqi istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, informasiya əldə olunmasının asanlaşdırılması və reallaşdırılan digər innovativ təşəbbüslərdir.
Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasa yekun vuran nazir R.Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.
Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini verən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, yol hərəkətinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səmərəliliyi daha da artırılmalı, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının daha da yaxşılaşdırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və digər istiqamətlərdə tədbirlər daha məqsədyönlü davam etdirilməlidir.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət hesabat dövründə qazanılmış uğurlardan arxayınlaşmayaraq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaq.
Təhsil-press.az