Dekabrın 14 də Bakı Slavyan Universitetinin (BSU) Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) nəzdində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində (ATMM) Uçot-iqtisadiyyat, Maliyyə-iqtisad və Həyat fəaliyyəti, Təbiətdən istifadə və turizm fakültələri tələbələrinin pankration (Şərq əlbəyaxa döyüş növü) üzrə dünya çempionatının qalibləri Ələsgərov Kənan və Daniil Kozlovla görüşü keçirilmişdir. Tədbirdə ATMM direktoru, Uçot-iqtisadiyyat fakültəsinin dekanı professor Marina Yurçenko və Maliyyə-iqtisad fakültəsinin dekanı Lüdmila Remnyova iştirak etmişlər. Görüşə dəvət olmuş idmançılar nəinki Ukraynada, eləcə də onun hüdudlarınnan kənarda çox tanınmış insanlardır. 2017-ci ilin oktyabrında Soçi şəhərində keçirilən dünya çempionatında onlar medalların tam komplektini gətirmişlər: Daniiel Kozlov qızıl və bürünc, ÇMTU-nun Maliyyə-iqtisad fakültəsinin 3 kurs tələbəsi Kənan Ələsgərov isə gümüş medal qazanmışdır. Hər iki idmançı “Pукопашный бой” (“Əlbəyaxa döyüş”) Çerniqov İdman Klubunun yetişdirmələridir. Onlara kiçik yaşlarından Oleq Pişşenko məşqçilik edir. Görüşdə Kənan Ələsgərov tədbir iştirakçılarına söylədi ki onun valideyinləri əslən Azərbaycandandır. O, özü Belorusiyada doğulsa da, uzun illərdir Ukraynada yaşayır və Ukrayna vətəndaşıdır. O heç vaxt babalarının torpağı ilə əlaqəni kəsmir, hətta bu yaxınlarda o dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilən təlim-məşq toplantısından qayıdıb. Bu, onun gələcək idman nəaliyyətləri qazanmasına böyük stimul verdiyini söylədi. Daha sonra Kənan və Daniil öz həmyaşıdlarına idman karyeralarının uğur tarixçəsindən söz açmış, pankration üzrə beynəlxalq idman yarışlarında əks olunmuş fotoşəkillərini nümayiş etdirmiş, adı çəkilən döyüş növünü əsl kişi xarakterli olmağı, nəinki idmanda, eləcə də həyatda vacib olan insani keyfiyyətləri formalaşmasında onun rolunda danışmışlar. Görüşün sonunda idmançılar tədbir iştirakçılarına Çerniqov İdman Klubunun bukletlərini və həmin klubda iki günlük pulsuz məşq dəvətnamələrini payladılar.
BSU-nun Mətbuat Xidməti
BSU-nun Mətbuat Xidməti