Qəzetimizdə dərc olunan “Metodika, yoxsa...” sərlövhəli məqalə təhsil ictimaiyyəti tərəfindən böyük marağa səbəb olub. Xatırladaq ki, yazıda qeyri-standart metodlarla dərs keçilməsinə toxunulur, bunun nə dərəcədə effekt verdiyi araşdırılırdı. Mövzunun aktuallığını nəzərə alaraq məsələyə bir daha qayıtdıq. Bu dəfə rəsmilərin fikirlərini öyrənməyə çalışdıq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi bildirib ki, hər hansı bir yanaşmanı, təlim texnologiyasını təhlil edib fikir söyləməzdən əvvəl həmin dərsin mövzusunu, təlim məqsədini, təlim üsulunu müəyyənləşdirmək, dərsin gedişinə diqqət yetirmək lazımdır: “Təlim üsulu seçilərkən müəllim tərəfindən mütləq şagirdlərin yaşı, fərdi xüsusiyyətləri, eyni zamanda, sinfin psixologiyası, maraq dairəsi və informasiyanı qəbul etmə səviyyəsi nəzərə alınmalıdır”. Mərkəzin direktoru onu da deyib ki, mövzunun qavranılması üçün müəllim yanaşması, situasiyaya uyğun olaraq seçilən üsul ola bilər ki, kifayət qədər pedaqoji əsasa malik olmasın. Lakin bu, heç də qarşıya qoyulan məqsədə çatmaq üçün həmin yanaşmanın yanlış olduğunu deməyə əsas vermir. S.Bektaşinin fikrincə, çevik şəkildə dəyişən, durmadan inkişaf edən bir cəmiyyətdə müasir dərsə verilən tələblər, onları həyata keçirmək üçün lazım olan üsul və vasitələr də yenilənməli, informasiya bolluğu əsrində yaşayan şagirdin maraqlarına uyğun olmalıdır: “Əslində dərsin “şou”ya çevrilməsi arzuolunan deyil. Mövzuya uyğun müxtəlif musiqi janrlarından məqsədyönlü və düzgün istifadə dərsin səmərəsini artırır. Vacib olan müəllimin nail olduğu nəticə və şagirdində formalaşdırdığı bacarıqdır”.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu da mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşüb. O bildirib ki, metodika öyrətmə və öyrənmə proseslərini, konkret üsul, vasitə və texnikaların tətbiqini tədqiq edən elmdir: “Metodika müəyyən tələblərə cavab verməlidir. Əvvəla, metodika tədris olunan fənnin məzmununa uyğun olmalıdır. İkincisi, bir nəfər müəllim tərəfindən deyil, müəllimlərin böyük hissəsi tərəfindən istifadəyə yararlılıq şərtdir”. Metodikanın nəticəyönümlülüyünün də vacib tələblərdən olduğunu deyən V.Yaqublu nəticənin həmin dəqiqə özünü göstərmədiyini diqqətə çatdırıb: “Bu gün yaranan bir metodu ardıcıl olaraq bir neçə il müxtəlif şagird kontingenti ilə sınaqdan keçirdikdən, nəticələri müqayisə qrupunun nəticələri ilə qarşılaşdırdıqdan sonra hər hansı qənaətə gəlmək mümkündür. Müqayisə qrupu eksperimentdə iştirak etməyən, lakin təlim nəticələri eksperimentdə iştirak edən şagirdlərin nəticələri ilə müqayisə edilən şagird qrupuna deyilir. Məhz eksperiment və müqayisə qruplarının təlim nəticələrinin müqayisəsi metodikanın səmərəliliyi barədə fikir söyləməyə imkan verir”.
İnstitut direktoru tarix müəllimi Həbib Əlizadənin replə keçdiyi dərs üsulunu isə belə səciyyələndirib. “Həbib müəllim müsahibəsində qeyd edir ki, o, repdən xronoloji ardıcıllığı, tarixi hadisələri və şəxsiyyətləri yadda saxlamaq məqsədilə istifadə edir. Bu mnemonik texnikadır. Mnemonik texnika yaddaşı, hafizəni fəallaşdırmaq məqsədilə istifadə edilir. Hər hansı materialı yadda saxlamaq məqsədilə ritmik musiqidən istifadə kimi mnemonik texnika illərin sınağından keçib və səmərəli metod kimi qəbul edilib. Onu da qeyd etmək lazımdır ki, videoçarxda şagirdlərin yüksək əhvali-ruhiyyəsi və komanda ruhu aydın görünür. Bu iki məqam da təlim prosesinin səmərəsini artırır”.
Gənc müəllimə axtarışlarını davam etdirməyi, bu işi kiçik bir sinif tədqiqatına çevirməyi, ilin sonunda nəticələri təhlil etməyi də tövsiyə edən V.Yaqublu rəhbərlik etdiyi qurumun hər bir yenilikçi müəllimə daim dəstək verəcəyini də deyib.
Mnemonik texnika səmərəli metod kimi qəbul edilib
Niyazi RƏHİMOV