Bakı Dövlət Universitetinin (BDU) məzunu, Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov Jurnalistika fakültəsinin qonağı olub. Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağı tələbələrə təqdim edib, onun fəaliyyətini Azərbaycan elminin uğuru kimi dəyərləndirib.
Professor Cahangir Məmmədli Norveç Sülh Komitəsinin qərarı ilə 2005-ci ildə Nobel Sülh mükafatına layiq görülən və 26 il Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məsul əməkdaşı olan həmyerlimiz haqqında tələbələrə məlumat verib.
Bəxtiyar Siracov məzunu olduğu universitetdə tələbələrlə görüşdən məmnunluğunu ifadə edib. Qonaq tələbəlik illərindən tutmuş AEBA-dakı fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. O, bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib. Qonaq gəncləri elmi irsi daha dərindən və mükəmməl öyrənməyə, tarixi ənənələrdən bəhrələnməyə çağırıb.
Bəşəriyyətin uğuru və firavan gələcəyinin elm adamlarının uğurundan asılı olduğunu deyən alim tələbələrin ünvanladığı çoxsaylı sualları cavablandırıb, səmimi, interaktiv mühitdə keçən görüşə görə Universitet rəhbərliyinə və tələbə-jurnalistlərə təşəkkürünü bildirib.
Xatirladaq ki, BDU-nun 105 illik yubileyi çərçivəsində Jurnalistika fakültəsində silsilə tədbirlər keçirilir. Tələbələr tanınmış məzunlarla görüşür, onların fəaliyyəti ilə yaxından tanış olurlar.
Tehsil-press.az