Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Ticarətə Dəstək Mərkəzində (XTDM) “İxracın stimullaşdırılmasının dünya təcrübəsi: yanaşmalar və nəticələr” mövzusunda “dəyirmi masa” keçirilib.
İki gün davam edən tədbirdə Azərbaycanın milli iqtisadiyyatının beynəlxalq iqtisadiyyata inteqrasiyası istiqamətində müzakirələr aparılıb. Yerli sahibkarların daxili və xarici bazarın ehtiyaclarını ödəyə bilmələri istiqamətində real imkanlar araşdırılıb.
Mərkəzin həmsədri, professor İrşad Kərimli əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, ölkənin ixracatçı sahibkarlarını stimullaşdırmaq məqsədilə onlar üçün daha çox xarakterik olan Avropa və İslam-ərəb regionu üzrə iqtisadi qruplaşmaya daxil olan ölkələrin metod, alət və yanaşmalarından faydalanmaq məqsədəuyğundur. İ.Kərimli milli brend və xidmətlərlə daxili bazarın ehtiyaclarını tam ödədikdən sonra xarici bazarın tələblərinə uyğunlaşmanın, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar uğrunda beynəlxalq rəqabətqabiliyyətlilik müstəvisinə çıxmağın əhəmiyyətini vurğulayıb.
Müzakirələrdə UNEC-in xarici universitetlərdə təhsil almış gənc tədqiqatçı müəllimləri çıxış ediblər. Onlar təhsil aldıqları ölkələrin ixracatçı sahibkarların stimullaşdırılması sahəsindəki uğurlu təcrübələrini bölüşüblər.

UNEC-in Mətbuat Xidməti