ADU-nun tələbəsi İndoneziyada ölkəmizi təmsil edib

ADU-nun tələbəsi İndoneziyada ölkəmizi təmsil edib Azərbaycan Dillər Universitetinin (ADU) İndoneziyaşünaslıq ixtisasının məzunu Gülnar Babazadə 2017-ci ilin may-avqust aylarında İndoneziya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramında iştirak edib. O, qatıldığı təqaüd proqramı haqqında təqdimatla çıxış edərək universitetin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə proqramın məqsədi, mahiyyəti, onun iştirakçısı olmaq üçün lazım olan nüanslar, seçim mərhələsi barədə ətraflı məlumat verib.
Proqramda cari ildə 54 ölkədən 60 tələbənin iştirak etdiyini deyən G.Babazadə proqramın əsas məqsədinin müxtəlif ölkələrdən olar gəncləri İndoneziyanın incəsənəti və mədəniyyəti ilə tanış etmək olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, G.Babazadə proqram çərçivəsində İndoneziyanın müxtəlif şəhərlərində olan mədəniyyət mərkəzlərində təcrübə keçərək İndoneziya dili və mədəniyyəti ilə bağlı bilgilərini daha da təkmilləşdirib, məskunlaşdığı Bali əyalətinin rəqslərini və musiqi alətlərində ifa etməyi öyrənib və buranın adət-ənənələri ilə yaxından tanış olub.
Proqramda ölkəmizi təmsil edən G.Babazadə eyni zamanda İndoneziyada müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərib. O, Surabaya şəhərində keçirilmiş Həcc və Ümrə Beynəlxalq Turizm Sərgisi–“Amphuri Islamic Travel Expo”da ölkəmizi təmsil edərək Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və təbiəti haqqında İndoneziya dilində geniş məlumat verib.

ADU-nun Mətbuat Xidməti


ADU-nun tələbəsi İndoneziyada ölkəmizi təmsil edib

ADU-nun tələbəsi İndoneziyada ölkəmizi təmsil edib

ADU-nun tələbəsi İndoneziyada ölkəmizi təmsil edib

Oxşar xəbərlər