"Bakı Marafonu" gənclərin sağlam həyat tərzinin, asudə vaxtının düzgün təşkili baxımından olduqca vacibdir.
Bunu Təhsil-press.az-a Bakıda start götürən "Bakı Marafonu 2018"ə qatılan təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir marafon haqqında təəssüratlarını bölüşüb: "Bakı marafonunu çox gözəl və müsbət dəyərləndirirəm. Eləcə də artıq ənənəvi olan Bakı marafonunda ildən-ilə iştirakçılarının sayının artmasını çox müsbət qarşılayıram. Bu qədər insanın, gənclərin sağlam həyat tərzinin, asudə vaxtının düzgün təşkil edilməsində belə kütləvi tədbirlərin keçirilməsi olduqca vacibdir. Qeyd edildiyi kimi, burada müxtəlif insanlar var, peşəkar idmançılar üçün bu bir yarışdır, yəni burada qalib gəlmək əsas amildir. Bir çox insanlar üçünsə bu, sadəcə olaraq gözəl vaxt keçirmək, digər insanlarla birlikdə olmaq, komanda ruhunu hiss etmək deməkdir".
C.Bayramov əlavə edib ki, burada müxtəlif kollektivlər, ali təhsil müəssisələri komandalarla iştirak edirlər: "Təhsil Nazirliyinin də kifayət qədər böyük bir heyəti buradadır. Bizim üçün də bu, gözəl bir fürsətdir və biz hər kəsi bu işdə çox fəal olmağa, bu marafona qatılmağa dəvət edirik".
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.
Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.
Marafonun qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Hikmət Əliyev