Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.
Bununla əlaqədar keçirilən görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla məşhur alman alimi və ədəbiyyatşünası, dünya mədəniyyətinin bilicisi Z.Hartmanla birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib. Bildirib ki, Bakı Slavyan Universitetinin, Almaniyanın Yohannes Qutenberq Universitetinin və Osvald fon Volkenştayn Cəmiyyətinin alman mədəniyyətinin nadir incilərindən biri “Nibelunqlar nəğməsi”nin “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihənin səmərəli nəticələri olub. Layihə çərçivəsində müxtəlif konfranslar keçirilib, çoxlu kitablar çap olunub, germanist və türkoloqların dünyanın müxtəlif alimləri ilə görüşləri təşkil edilib.
Rektor Azərbaycana böyük məhəbbət bəsləyən professor Z.Hartmanın bu işlərin görülməsində böyük xidmətləri olduğunu deyib, iki ölkənin mühüm ədəbi nümunələri əsasında həyata keçirilən layihələrin davamlı olacağına əminliyini bildirib. O, ADU-nun multikulturalizm, müqayisəli folklor, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarında bu məsələlərin tədqiqat obyektinə çevriləcəyini vurğulayıb.
K.Abdulla ADU-da yeni yaranacaq Germanistika İnstitutunun almaniyalı və azərbaycanlı alimlərin yeni elmi platforması olacağına əminliyini bildirib və bu istiqamətdə yeni kitabların nəşr edilməsi, görüş və konfransların keçirilməsi, yeni tanışlıqların yaranmasının gözlənildiyini diqqətə çatdırıb.
Sonra rektor qonağa ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.
Professor Z.Hartman ADU-nun dəvətli professoru olmasından şərəf duyduğunu bildirib. O, universitet heyəti ilə dünyanın müxtəlif mədəniyyət nümunələrini birgə tədqiq edəcəklərini və germanistikanın alman variantının Azərbaycanda tətbiq olunacağını deyib. Professor ADU-da orta əsrlər ədəbiyyatının tədris olunması missiyasını öz üzərinə götürdüyünü diqqətə çatdırıb.
Sonra Z.Hartman universitetin müəllimləri və alman dili ixtisası üzrə təhsil alan tələbələrinə oxuduğu mühazirədə “Nibelunqlar haqqında nəğmə” ilə “Kitabi-Dədə Qorqud”un müqayisəli təhlilini aparıb.