İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
Ölkənin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.
Z.Hartman Azərbaycana gəldiyi ilk dönəmləri xatırlayaraq ölkənin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib: “Birinci dəfə həyat yoldaşımla Bakıya gələndə şəhərin görünüşündən valeh olmuşdum. Orta əsrlər İçərişəhəri, Xəzər dənizi və tamamilə yeni şəhər-bunların vəhdəti əfsanəvi bir təsir bağışlayırdı. Azərbaycanlıların qonaqpərvərliliyi çox m[htəşəmdir və müqayisəolunmazdır. Mən burada özümü evdəki kimi hiss edirəm. Artıq Bakı mənim ikinci vətənimdir. Burada mənim çoxlu dostlarım var”.
Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı haqqında danışan Z.Hartman ADU-nun rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib.
Professor Z.Hartman alman mədəniyyətinin nadir incilərindən biri “Nibelunqlar haqqında nəğmə”nin “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihələrdən və gələcək tədqiqat işlərindən danışıb: “İlk dəfə Azərbaycana 2007-ci ildə akademik Kamal Abdullayevin dəvət ilə gəlmişəm. Gəldikdən sonra “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” dastanının müqayisəli şəkildə beynəlxalq arenada tədqiqinə başlamışıq. Birinci konfransımız Almaniyanın Mayns şəhərində oldu, digər iki konfrans isə Bakıda keçirildi. Bu konfranslarda azərbaycanlı və alman mütəxəssislərlə yanaşı, dünyanın bir çox ölkəsindən nümayəndələr iştirak edirdi. Bu konfranslarda əldə olunan nəticələrin hər biri 3 cilddə çap olunub. O cildlərin biri Almaniyada, ikisi isə Azərbaycandadır. Bunlar, həmçinin fransız və ingilis tədqiqatçıları üçün də maraqlı zəmin yaratdı”.
Bundan əlavə, o, hazırda üzərində işlədiyi bir çox layihələrdən bəhs edib.
Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri haqqında danışan Z.Hartman gələcək perspektivlərdən də söz açıb. O, azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində atıla biləcək addımlar barədə danışıb.
Görüşün davamında professor Z.Hartman jurnalistləri maraqlandıran sualları cavablandırıb.
ADU-nun Mətbuat Xidməti