Paşinyan dünya homoseksuallarını İrəvana toplayır - Ermənistan LGBT-nin ümidinə qaldı

Paşinyan dünya homoseksuallarını İrəvana toplayır - Ermənistan LGBT-nin ümidinə qaldı Nikol Paşinyan hakimiyyətə gələndən sonra LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksual) hərəkatı Ermənistanda ayaqlanmağa başlayıb.
LGBT-nin aktivləşməsinə birbaşa Paşinyanın özü dəstək verir.
Paşinyan hələ jurnalist olaraq LGBT hərəkatının legitimləşdirilməsi ideyasını dəstəkləyirdi. Görünür, o, hakimiyyətə gəlməsindən istifadə edərək, keçmiş arzusunu həyata keçirir.
15-18 noyabr tarixində İrəvanda “LGBT-xaçpərəstlərin forumu” keçiriləcək.
“Eadaily” saytının məlumatına görə, “LGBT-xaçpərəstlərin forumu”nun mövcudluğu yaxın vaxtlarda məlum olub. İlk forum da məhz İrəvanda baş tutacaq.
Forumun əsas təşkilatçısı “LGBT Avropa forumu”dur. Bu təşkilatın mərkəzi ofisi Amsterdamda yerləşir. Bu platformanın layihələri ABŞ və Avropa fondları tərəfindən maliyyələşdirilir. Təşkilatın rəsmi saytında layihələrin Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) və “Arcus” tərəfindən maliyyələşdirildiyi qeyd olunur.
İrəvanda keçiriləcək “LGBT-xaçpərəstlərin forumu”nun maliyyə dəstəkçisi də məhz “Arcus” fondudur. Forumun yerli tərəfdaşı Ermənistanda “Yeni nəsil” qeyri-hökumət təşkilatıdır. “Yeni nəsil” əsasən Soros Fondu, Avropa Komissiyası, USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) və digər Qərb təşkilatlarından qrant alır.
“Arcus” fondu dünyada LGBT təşkilatlarının əsas himayədarıdır. Bu fondun əsası 2000-ci ildə ABŞ-ın Miçiqan ştatında qoyulub. Fondun Britaniyanın Kembric şəhərində də ofisi var. Fondun təsisçisi və prezidenti “Strayker” korporasiyasının rəhbəri Con Straykerdir və onun sərvəti 2,9 milyard dollar dəyərində qiymətləndirilir.
Fond dünyanın 30 ölkəsində 400-dən çox təşkilatla əməkdaşlıq edir. Fondun digər iş istiqaməti isə “Dünya dinlərinin qlobal proqramı”dır. Bu layihəni “Dini LGBT fəalları” təşkilatı həyata keçirir.
Məlumatlara görə, “Arcus” fondu ailə və nikahın, eləcə də əxlaq və dini əxlaqın aradan qaldırılması kampaniyası ilə məşğul olur. 2000-2017-ci illərdə fond 500 milyon dollar qrant ayırıb. Bu məbləğin 28,7 milyon dolları məhz LGBT təşkilatlarına verilib.
İrəvanda keçiriləcək forumun əsas devizi belədir: “Cəsarət edin, çünki mən dünyaya qalib gəldim”. Rəsmi press-relizdə qeyd olunur ki, forumun plenar iclaslarında ilahiyyatçılar, keşişlər və kilsə liderləri məruzələrlə çıxış edəcəklər.
Erməni politoloq Arman Qukasyan Paşinyan hakimiyyətini bu məsələyə müdaxilə etməməkdə ittiham edir.
Onun fikrincə, hakimiyyət yeni hakimiyyət LGBT hərəkatının Ermənistan cəmiyyətində aktivləşməsində maraqlıdır.
Görünür, Ermənistanın Qərbdən maliyyə dəstəyi almaq üçün LGBT-yə bel bağlamaqdan başqa yolu qalmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər