Bakı Biznes Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə təbrik edib.
Xalqımızın müstəqillik tarixinə qısa nəzər salan rektor 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin 200-ə yaxın qanun qəbul etdiyini və bunun 70-nin iqtisadiyyatla bağlı olduğunu bildirib. Rektor ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin əldə etdiyi dövlət müstəqilliyinin qorunub saxlanılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan daha da güclənərək regionda qüdrətli və lider dövlətə çevrilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova müstəqillik yolunda xalqımızın apardığı mübarizədən, üzləşdiyi çətinlik və məhrumiyyətlərdən, müasir Azərbaycan dövlətinin daha da güclənməsi və inkişafı üçün gənclərin, o cümlədən tələbələrin üzərinə düşən vəzifələrdən danışıb.
Universitetin professoru İkram Ağasiyev əsrin əvvəlində əldə edilən müstəqilliklə 27 il əvvəl qazanılan müstəqillik arasında paralellər aparıb və son illər Azərbaycanın öz inkişafında iqtisadiyyatın bir sıra sahələrində üstün mövqeyə çıxdığından bəhs edib. Qeyd olunub ki, son illər aparılan düzgün siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter alıb.
Tədbirin sonunda universitetin özfəaliyyət kollektivi bayram proqramı ilə çıxış edib.

Kəmalə Rəhimli