Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr haqqında” hesabat, “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fəaliyyəti haqqında” hesabat və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bizim əsas vəzifəmiz, başlıca məqsədimizdir. Son vaxtlar ADPU-nun bu sahədə qazandığı uğurlar göz önündədir. “Məktəbguşəsi.az” saytının keçirdiyi virtual sorğunun nəticələrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci böyük səs çoxluğu ilə kolleclər arasında birinci yer tutub. Artıq cəmiyyətdə ADPU haqqında müsbət ictimai fikir formalaşıb. Biz qazanılan nailiyyətlərlə kifayətlənməməli, fəaliyyətimizi gücləndirməli, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çatmaq üçün daha əzmlə çalışmalıyıq.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələr haqqında” hesabatla çıxış edib. Dosent E.Aslanov çıxışında bildirib ki, akademik keyfiyyət dedikdə 4 yanaşma ortaya çıxır: 1. Keyfiyyət ancaq ən yaxşı standartlar sayəsində ortaya çıxır. 2. Keyfiyyət qəbul edilmiş standartlara uyğunluq ölçüsündə ortaya çıxır. 3. Keyfiyyət ali təhsil müəssisəsinin özü üçün təyin etdiyi hədəf və missiyanı nə dərəcədə reallaşdırdığı ilə əlaqəlidir. 4. Keyfiyyət təşkilati muxtariyyət çərçivəsində yaxşılaşdırma səylərinin davamlılığıdır. Sadə dildə desək, bu, keyfiyyətli abituriyent, keyfiyyətli infrastruktur, keyfiyyətli müəllim, keyfiyyətli tədris planı və məzmun, keyfiyyətli qiymətləndirmə, keyfiyyətli təcrübə proqramı, keyfiyyətli diplom, keyfiyyətli məzun, keyfiyyətli müəllim, keyfiyyətli universitet deməkdir. Tədrisin keyfiyyəti üzrə beynəlxalq və milli çağırışlar mövcuddur. Bolonya prosesinin əsas məqsədləri təhsilin keyfiyyətinin artırılması, biliyin keyfiyyətinin yüksəldilməsi və ona olan tələbatın dünya miqyasında artması, Avropa universitetlərinin bir-biri ilə inteqrasiyası, vahid kredit sisteminin yaradılması, ali təhsil sənədlərinin və ixtisaslarının Avropa məkanında qarşılıqlı tanınması, tələbələrin mobiliyinin təmin olunmasıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasında, təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyəti nəzərə alınmaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda I strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. II strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. III strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Ali təhsilin keyfiyyət göstəriciləri sisteminə abituriyentlərin hazırlıq səviyyəsi, təhsil proqramları,beynəlmiləlləşmə,elm və innovasiya informasiya resursları,təhsilverənlərin peşəkarlığı və elmi–pedaqoji səviyyəsi,mütərəqqi tədris texnologiyaları, maddi-texniki baza və s. daxildir.
ADPU-da tədrisin keyfiyyət göstəricilərini artırmaq üçün Strateji iş planı qəbul olunub, yazılı imtahan forması tətbiq edilib, şəffaflıq və obyektivlik təmin edilib, tələbə qəbulunda keyfiyyəti artırmaq üçün tanışlıq görüşləri keçirilib, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təmir işləri aparılıb, keyfiyyət göstərcilərinin izlənməsi sistemi formalaşmağa başlayıb, müəllimlərin və tədris-yardımçı heyətin işə qəbulu sistemi gücləndirilib, beynəlxalq əlaqələr genişləndirilib və keyfiyyətə yönəlmiş layihələr artırılıb. Reytinq qiymətləndirmə sistemi yaradılıb, xarici dillərin tədrisi ilə məşğul olan müəllimlərin bacarıqlarının artırılması davam edir, tələbələrin səviyyə qruplarına bölünməsi, informatika müəllimlərinin serifikatlaşdırılması həyata keçirilib, kitabxana fəaliyyətinin yenidən təşkili prosesinə start verilib, ixtisasların fakültə və kafedralara, fənlərin kafedralara rəsmən təhkim olunması gerçəkləşib, müasir təhsil texnologiyaları ilə bağlı təlimlər keçirilir, elektron universitet yaradılır. ADPU Elmi Şurasının qərarı ilə 2018-2019-cu tədris ili «Keyfiyyət ili» elan olunub. Dosent E.Aslanovun çıxışında qarşıda duran əsas vəzifələr və strateji hədəflər də öz geniş əksini tapıb.
ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, professor Nizami Xudiyev, professor Himalay Qasımov, professor Vəli Əliyev, professor Fərrux Rüstəmov, professor Nailə Verdizadə, dosent Şahin Pənahov və başqaları hesabatın aktual mövzuya həsr olunduğunu bildirərək onu yüksək qiymətləndiriblər.
Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.
“Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fəaliyyəti haqqında” hesabatla fakültənin dekanı, dosent Laçın
Həsənova çıxış edib. Dosent L.Həsənovanın çıxışında fakültənin strukturu, maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, professor-müəllim heyətinin tədris və elmi-tədqiqat fəaliyyəti öz dolğun əksini tapıb. Qeyd edib ki, hazırda fakültədə 3 kafedra- Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət və onun tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası kafedraları fəaliyyət göstərir. 80 nəfər professor-müəllim heyəti çalışır. 925 nəfər tələbə təhsil alır. Onlardan 92 nəfər tələbə “Musiqi müəllimliyi” ixtisası üzrə, 528 nəfər tələbə “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə, 305 nəfər tələbə “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi” ixtisası üzrə təhsil alır. Fakültədə ali təhsilin bakalavriat səviyyəsində tələbələr “Musiqi məllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağırıçaqədər hazırlıq müəllimliyi” ixtisasları üzrə təhsil alırlar. Magistratura səviyyəsində isə “Musiqinin metodikası və metodologiyası”, “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası”, “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq fənninin tədrisi metodikası və metodologiyası” ixtisasları tədris olunur.
Fakültənin missiyası fəaliyyətində rəhbər tutduğu dəyərlərə və strateji məqsədlərinə uyğun təhsil vermək, ümumbəşəri bilik və bacarıqlara yiyələnmiş fərdlər yetişdirmək, elmə töhfələr verəcək, ölkəmizdə və dünyada yararlı ola bilən bilik yaradacaq və onu ötürə biləcək, cəmiyyətin sosial, mədəni, incəsənət və idman həyatının inkişafına kömək göstərə biləcək tədbirlər həyata keçirməkdir.
Fakültənin əsas dəyərləri təlim-tərbiyə işinin yüksək səviyyədə qurulması, elmi araşdırmaların aparılması, reklam və ictimaiyyətlə əlaqələrin yaradılması, insan resurslarının inkişaf etdirilməsidir. Bu dəyərlər haqqında fakültənin strateji planında geniş şərh verilib. Fakültənin tələbələri elmi araşdırmalar apararaq məqalələrlə Tələbə Elmi Cəmiyyətinin konfranslarında çıxış edirlər. Fakültə müxtəlif mədəni-kütləvi tədbirlər, layihələr həyata keçirir. Fakültənin müəllim və tələbələri universitet və respublika miqyasında, həmçinin beynəlxalq miqyasda keçiriliən müsabiqələrdə, sərgilərdə iştirak edərək sanballı uğurlar qazanıblar. Eyni zamanda fakültədə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi üçün səmərəli və məqsədyönlü tədbirlər gerçəkləşdirilir. Fakültədə istedadlı gənclərin universitetə cəlb edilmələrinə, abituriyentlərin ixtisas seçimi zamanı fakültəyə üstünlük vermələrinə xüsusi diqqət yetirilir və bu istiqamətdə layihələr həyata keçirilir. Bütövlükdə fakültə fəaliyyətini universitet rəhbərliyinin tapşırıq və göstərişləri əsasında, həyata keçirilən islahatlar çərçivəsində qurur.
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.
Elmi Şura dosent L.Həsənovanın hesabatını qəbul edib.
İclasda universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətləri nəzərə alınaraq Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Fiziki tərbiyə və çağrışaqədərki hazırlığın tədrisi metodikası kafedrasının professoru Rafiq Baxşəliyev təşəkkürnamə, Riyaziyyat və informatika fakültəsinin dekanı, professor Maqsud Nəcəfov, Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi metodikasının professoru Mais Əmrahov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Azər Hüseynov, Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının professoru Ələkbər Qurbanov fəxri fərmanla təltif ediliblər.
Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev adları çəkilən şəxslərin həm də gənc nəslin təlim-təbiyəsindəki xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanına və pul mükafatına layiq görülmələri barədə Elmi Şura üzvlərinə məlumat verib.
İclasda həmçininTəhsil Nazirliyinin həyata keçirdiyi “Sağlam təhsil-sağlam millət” layihəsində fəal iştirak etdiyinə görə İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasın müdiri, dosent Gülşən Novruzovaya nazirliyin təşəkkürnaməsi, Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının professoru Əbülfət Pələngova Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilməsinə görə həmin akademiyanın diplomu təqdim edilib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Finlandiya və Rusiyaya səfərlərinin nəticələri barədə və cari məsələlər haqqında məlumat verib. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın qərarlarını Şura üzvlərinin diqqətinə çatdırıb.
İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev universitetin əmlakına və mövcud resurslarına qayğı ilə yanaşılmasının və onlardan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Sonda rektor Cəfər Cəfərov Elmi Şuranın iclasında qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi